Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:53

2006-cı ildə ümumdaxili məhsulda 30 faiz artım gözlənilir


Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi, 12 oktyabr 2005
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi, 12 oktyabr 2005
Bu il Azərbaycanda Ümumi Daxili Məhsul artımı 30.5 faizədək qalxa və gələn il də bu səviyyədə qala bilər. Ötən il isə Azərbaycanda ÜDM artımı əvvəllər görünməmiş səviyyədə olub – 26.4 faiz. Bu artım daha çox neft və qaz istehsalı və ixracı hesabına baş verib.

Bu barədə Asiya İnkişaf Bankının yaydığı hesabatda deyilir. Müqayisə üçün, AİB-nın hesabatında Ermənistanda 2006-2007-ci illər üçün ÜDM artımı 6-7 faiz olacağı qeyd edilir.

İqtisadi İnkişaf Assosiasiyasının rəhbəri Orxan Kərimov deyir ki, belə bir artım iqtisadiyyatın genişlənməsi, imkanların artımı baxımından unikal hadisədir. Neft və qaz istehsalını nəzərə alsaq, belə bir vəziyyət bir neçə il davam edəcək: "Bu şansdan yararlanmaq vacibdir. Bu artım ilk növbədə dövlət büdcəsinə, büdcə sektorunda maaşların artırılmasında özünü göstərir. Bundan başqa, bu artım yoxsulluğun azaldılmasına, Azərbaycanın xarici borclarının azalmasına səbəb ola bilər".


AİB-nın hesabatında o da bildirilir ki, bu il Azərbaycanda büdcə xərcləri xeyli artacaq və hökumət inflyasiyanın artımının qarşısını almaq üçün ehtiyatlı siyasət yeritməlidir. Ən mühümü odur ki, inflyasiya nəzarətdə saxlansın, manatın hədsiz güclənməsinə yol verilməsin və iqtisadiyyat müxtəlif istiqamətlərdə inkişaf etdirilsin.


XS
SM
MD
LG