Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:49

Azərbaycanlı aktyor İran filmində


Əmrah Dadaşov “Baladadaşın toy hamamı” tamaşasında Baladadaş rolunda.
Əmrah Dadaşov “Baladadaşın toy hamamı” tamaşasında Baladadaş rolunda.

Azərbaycan Dövlət Musiqili Teatrının gənc aktyoru, Əmrah Dadaşov İran İslam Respublikasında filmə çəkilmək üçün dəvət olunub.

Mədəniyyət və Turizm nazirliyinin yaydığı xəbərə görə, İranın “Günəşfilm” studiyasında istehsal olunacaq şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammetrajlı bədii filmdə Əmrah Dadaşov baş rolu – Aydın obrazını canlandıracaq.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi İran İslam Respublikasının tanınmış kino ustası Ali Abdalidir.

Buna da bax:​ 70-ci Kann film festivalının proqramında azərbaycanlı rejissorun da filmi var

Artıq Əmrah Dadaşov çəkilişlərdə iştirak üçün qonşu ölkəyə yola düşüb.

Əmrah Dadaşov hələ tələbəykən yazıçı Elçinin Musiqili Teatrda tamaşaya qoyulan “Baladadaşın toy hamamı” ikihissəli musiqili lirik komediyasında baş rolu oynayıb və məşhurlaşıb.

O, 2017-ci ildə Gənclər və İdman nazirliyinin “İlin aktyoru” mükafatına layiq görülüb.

XS
SM
MD
LG