Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:24

İrana qarşı sanksiyalar qaldırıldı


Beynəlxalq Atom Enerjisi Agentliyinin qarşısında İranın bayrağı, Vyana, 15 yanvar 2016
Beynəlxalq Atom Enerjisi Agentliyinin qarşısında İranın bayrağı, Vyana, 15 yanvar 2016

İran nüvə proqramına dair sazişin bütün tələblərinə əməl etdikdən sonra Tehranın üzərinə qoyulmuş bütün beynəlxalq sanksiyalar qaldırılıb.

Bu barədə bəyanatı Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini verib.

Bundan az əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyi İranın dünya gücləri ilə imzalanmış nüvə sazişinin bütün şətrlərinə əməl etdiyini bildirib.

Beləliklə, İran, üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasına tamamilə hazırdır.

Beynəlxalq Atom Energetikası Agentliyinin baş direktoru Yukiya Amano deyib ki, “bu, beynəlxalq icma üçün son dərəcə mühüm bir gündür”.

Agentliyin hazırda İranda olan müfəttişləri bildiriblər ki, Tehran ondan saziş üzrə tələb olunan bütün tədbirləri həyata keçirib.

Nüvə sazişi ötən ilin iyulunda İran və dünyanın 6 gücü – ABŞ, Britaniya, Fransa, Rusiya, Çin, habelə Almaniya arasında bağlanıb.

Beynəlxalq agentntliyin son bəyanatından sonra İranın üzərindəki sanksiyaların qaldırlması üçün heç bir formal əngəl qalmır.

Sanksiyaların qaldırılması İranın neft bazarına qayıtmasına, onun Qərb banklarında dondurulmuş milyardlarla dollar vəsaitinin üzərinə qoyulmuş həbnsin də qaldırılması deməkdir.

Nüvə sazişinə görə İran özünün nüvə proqramını əhəmiyyətli dərəcədə məhdudlaşdırmalı, onu nüvə silahı istehsal oluna bilməyəcək vəziyyətə gətirməli idi.

Beynəlxalq Atom Energetikası Agentliyinin bəyanatında deyilir ki, Tehran bütün bu öhdəliklərin hamısını yerinə yetirib.

Bundan az əvvəl İranın xarici işlər naziri Mohammad Javad Zarif və ABŞ-ın dövlət katibi John Kerry Vyanada nüvə sazişi üzrə son danışıqları aparırdılar.

XS
SM
MD
LG