Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:34

İranyönlülərin İraq seçkisində məğlub olduqları xəbər verilir


Müqtəda əs-Sədrin tərəfdarları
Müqtəda əs-Sədrin tərəfdarları

Şiə ruhani Müqtəda əs-Sədrin partiyası İraq parlamentinə seçkinin ən böyük qalibi olub

Şiə ruhani Müqtəda əs-Sədrin partiyası İraq parlamentinə seçkinin ən böyük qalibi olub.

Bu barədə məlumatı oktyabrın 11-də hərəkatın sözçüsü verib.

İraq seçkisinin ilkin nəticələrinə görə ən böyük məğlubiyyətə İraqdakı iranyönlü yaraqlı birləşmələri təmsil edən namizədlər düçar olublar.

10 oktyabr seçkisi 2019-cu ildə hökumətin devrilməsi ilə nəticələnmiş kütləvi etirazların tələbi ilə vaxtından əvvəl keçirilib.

Həmin kütləvi etirazlarda siyasətçilərə və siyasi sistemə hiddət ifadə olunurdu.

Lakin rəsmilər bildirirlər ki, seçkidə elektoratın yalnız 41 faizi, Bağdadda isə yalnız 33 faizi iştirak edib və bu, 2018-ci ildən bəri ən aşağı göstəricidir. O vaxt iştirak 44 faiz olmuşdu.

Bununla belə xəbər verilir ki, seçkidə iştirak edən partiya və siyasi bloklardan heç birinin parlament çoxluğuna malik olmayacağı proqnozlaşdırılır.

Bu səbəbdən də yeni hökumətin təşkili üçün danışıqlar həftələr, hətta aylarla davam edə bilər.

İranda Qarabağa dəstək verən fəallar 888 şallaq və 180 ay həbs aldı
Gözlə

No media source currently available

0:00 0:15:17 0:00

Bir qayda olaraq şiələr

İraqın Mərkəzi Seçki Komissiyası Sədrin partiyasının birinci olduğunu bildirib, lakin bu hərəkatın 329 yerlik parlamentdə nə qədər mandata sahib olacağı bilinmir.

Sədrin ofisindən partiyanın 73 mandat qazandığını bildiriblər.

Sədrçilər keçmiş parlamentdə 54 mandata malik idilər, amma bu, ən böyük fraksiya sayılırdı.

Keçmiş baş nazir Nuri əl-Malikinin bu seçkidə və şiə partiyalarının arasında ikinci olacağı gözlənilir.

İlkin nəticələr göstərir ki, 2019-cu ilin etirazlarından sonra meydana çıxan islahatyönlü namizədlər də bir neçə mandat əldə ediblər.

2003-cü ildə diktator Səddam Hüseynin devrilməsi ilə nəticələnmiş ABŞ müdaxiləsindən sonra İraq hökumətlərində bir qayda olaraq şiələr üstünlüyə malik olurlar.

Bir çox iraqlılar hesab edirlər ki, onların həyat şəraiti yaxşılaşmayıb.

Adamlar dağılmış infrastrukturdan və yarıtmaz səhiyyə xidmətindən narazıdılar.

XS
SM
MD
LG