Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:42

İtaliya 2026-cı ilin Qış Olimpiadasına ev sahibliyi edəcək


Kortina d'Ampessoda 1956-cı ilin Olimpiadasından sonra istifadəsiz qalmış xizək tramplini
Kortina d'Ampessoda 1956-cı ilin Olimpiadasından sonra istifadəsiz qalmış xizək tramplini

Beynəlxalq Olimpiya Komitəsi İsveçrənin Lozanna şəhərində keçirilən iclasında İtaliyanı 2026-cı il Qış Olimpiadasının ev sahibi seçib.

Qış oyunları İtaliyanın Milan və Kortina d'Ampesso şəhərlərində keçiriləcək.

Milan şəhərinin namizədliyi üzvlərin səs sayına görə İsveçin Stokholm şəhərini geridə qoyub.

Digər dörd namizəd – İsveçrənin Sion, Yaponiyanın Sapporo, Avstriyanın Qrats və 1988-ci il Olimpiadasının ev sahibi olmuş – Kanadanın Kalqari şəhəri müsabiqəni bundan əvvəl tərk etmişdilər.

İtaliyanın baş naziri Matteo Salvini iyunun 24-də onun ölkəsinin şəhərlərinin namizədliyini dəstəkləyənlərə təşəkkürünü bildirib və deyib: “İtaliya, gələcək və idman qalib gəldi”.

Salvini bildirib ki, onun ölkəsi 2026-cı ilin Qış Olimpiadasından 5 milyard avro qazanmağa və 20 min yeni iş yeri açmağa, habelə yeni yollar və idman obyektləri tikməyə ümid edir.

İtaliyanın Turin şəhəri 2006-cı ilin, Kortina d'Аmpesso şəhəri isə 1956-cı ilin qış olimpiya oyunlarına ev sahibliyi ediblər.

İtaliyanın namizədliyi bu yaxınlarda keçirilmiş qiymətləndirmədən sonra daha çox dəstək qazanıb.

Bu qiymətləndirmə zamanı yerli əhalinin olimpiya oyunlarına dəstəyi dəyərləndirilirdi.

Rəy sorğusunda italiyalı respondentlərin 80, isveçlilərin isə 50 faizi öz ölkələrində olimpiya oyunlarının keçirilməsini dəstəkləmişdi.

XS
SM
MD
LG