Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:36

İqtisadçı: 'Qaz limitinə yenidən baxılmalıdır'


Sayğac
Sayğac

Azərbaycan Tarif (qiymət) Şurasının qərarına əsasən, təbii qazın aşağı qiymətlə illik istehlak limiti 1700 kubmetrdən 2200 kubmetrədək artırılıb. Qərar mayın 1-dən qüvvəyə minib.

İqtisadiyyat naziri Şahin Mustafayev qərarı şərh edərkən, onun prezident İlham Əliyevin tapşırığı əsasında qəbul olunduğunu vurğulayıb. Onun sözlərinə görə, qərardan əvvəl 1.5 milyon abonent və ya 6 milyon nəfər 1700 kubmetr limitindən istifadə edirdi: «Mövcud qərara əsasən, əlavə olaraq 300 min abonent (təxminən 1 milyon 200 min nəfər) də bu imkanlardan istifadə edəcək. Beləliklə, güzəştli tariflərdən abonentlərin 70 faizi istifadə edirdisə, bu qərardan sonra həmin göstərici 85 faizədək artacaq».

Aprel ayında Milli Məclisin plenar iclasında bəzi deputatlar qaz limitini iki dəfə artırmağı və bəziləri də ümumiyyətlə, ləğv etməyi təklif etmişdilər.

V.Əhmədov
V.Əhmədov

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov AzadlıqRadiosuna bildirib ki, qazın və işığın istifadə qiymətində limitin ləğv edilməsi məsələsi, hələlik, gündəmdə yoxdur. Lakin onun qeyd etməsinə görə, limitin artırılması məsələsi artıq iki aydan çoxdur müzakirə olunur. «Limitin ləğvi birbaşa insanların aldığı məvaciblərlə əlaqədardır».

«Ölkədə aparılan sosial islahatların davamı»

Deputatın sözlərinə görə, əhalinin çoxu istehlak limiti çərçivəsindən çıxmır: «Əhalinin 70 faizi 1700 kubmetr ətrafında qaz istehlak edir. İşığa gəlincə, əhalinin 80 faizi limiti keçmir».

V.Əhmədov qazın istehlak limitinin artırılmasını ölkədə aparılan sosial islahatların davamı kimi qiymətləndirib.

Deputat işığın istehlak limitinin qaldırılmasını da istisna etməyib və bununla bağlı müzakirələr aparıldığını vurğulayıb.

V.Bayramov
V.Bayramov

İqtisadçı Vüqar Bayramov da hesab edir ki, qazın aşağı qiymətlə istehlak limitinin artırılması ilə bağlı qərar digər kommunal xidmətlərdəki limitə baxılmasına zəmin yaradıb.

V.Bayramovun sözlərinə görə, limiti ümumiyyətlə, ləğv etmək və ya daha da artırmaq lazımdır. Onun fikrincə, 2016-cı ilin noyabrda mavi qaza limit tətbiq olunan dövrlə müqayisədə artıq iqtisadi şərait başqadır: «2018-ci ildə Azərbaycanda mavi qazın hasilatında və ixracatında əvvəlki dövrlə müqayisədə 7 faiz artım var. Beləliklə, qazdan əldə olunan gəlirlər də artıb...».

Sonda ekspert limitə yenidən baxılmasının və daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Qazınız necə gəlir?
Gözlə
Embed

No media source currently available

0:00 0:01:33 0:00

Xatırlatma

Dünən, aprelin 30-da Tarif Şurasının qərarı ilə əhali qrupu üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 500 kubmetr artırılıb - 1700 kubmetrdən 2200 kubmetrə çatdırılıb.

Hələ 2016-cı il fevralın 28-də Tarif Şurası qazın və elektrikin qiymətini qaldırmışdı. Həmin qərarda qeyd edilirdi ki, illik istehlak həcmi 1500 kubmetrədək (sonra həmin il dekabrın 22-də bu, 1700-ə qaldırıldı) olan istehlakçılardan ötrü qazın qiyməti dəyişdirilmir və 1 kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanır. Ancaq illik istehlak həcmi 1500 (1700) kubmetri aşan hissəyə 1 kubmetrə görə qiymət 20 qəpik müəyyən edilir.

Elektrikdə isə limit olduğu kimi qalıb. 2016-cı ildə Tarif Şurası 250 kilovat-saata kimi (sonra 300-ə qaldırıldı) elektrikin qiymətini də dəyişmədən 7 qəpik saxlamışdı. Aylıq istehlak həcminin qeyd edilən rəqəmdən çox olan hissəsindən ötrü isə 11 qəpik müəyyən edilmişdi.

XS
SM
MD
LG