Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:37

ATƏT-in Azərbaycanla bağlı daha bir sərt qərarı


 Ilkka Kanerva
Ilkka Kanerva

ATƏT-in Parlament Assambleyası Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməyəcək.

Bunu Parlament Assambleyasının prezidenti İlkka Kanerva bəyan edib.

Bu barədə sentyabrın 23-də qurumun rəsmi saytı məlumat yayıb.

Kanevra Parlament Assambleyası daimi komitəsinin ötən həftə Ulan-Batorda keçirilən iclasında bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qərarına uyğun olaraq belə bir addım atılıb:

“Azərbaycan hökuməti bizim ənənəvi tərəfdaşımız olan olan Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun işinə məhdudiyyətlər qoyub.

Nəticədə DTİHB Azərbaycana nəzərdə tutulan müşahidəçi missiyasını ləğv etməli olub.

Hesab edirəm ki, bizim çox vacib və yaxın tərəfdaşımız olan DTİHB seçkiləri müşahidə edə bilmirsə, onda biz də bu seçkini müşahidə etməyəcəyik”-deyə o vurğulayıb.

Azərbaycanda növbəto parlament seçkisi Noyabrın 1-də keçiriləcək.

Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu bundan əvvəl Azərbaycana müşahidəçi göndərməkdən imtina edib.

Buna səbəb Azərbaycan hökumətinin müşahidəçilərin sayını məhdudlaşdırması olub.

XS
SM
MD
LG