Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:12

Kannda çimərliyə çadrada girmək qadağan olunub


Çadrada olan qadın çimərlikdə (AP photo)
Çadrada olan qadın çimərlikdə (AP photo)

Şəhər meri müsəlmanların çimərlik geyimini «İslam ekstremizmin simvolu» sayır

Fransanın cənubunda yerləşən Kann şəhərinin meri ictimai narahatlıq yaratmamaq üçün dənizə bütün bədəni örtən geyimlə (burkini) girməyi qadağan edib.

David Lisnard deyib ki, «bunlar İslam ekstremizmin simvollarıdır» və islam hücumlarının hədəfinə çevrilən Fransada br qığılcım kimi partlaya bilər.

Buna da bax: Çadrada bank yaran kişinin başına pul qoyuldu

Fransa terrorların hədəfində

Yeni qaydalarını pozan kəslər 38 avro məbləğində cərimə iilə üzləşə bilərlər.

Fransa son vaxtlarda terror aktları ilə üzləşən ölkələrdən birinə çevrilib. Parisdə 17 nəfərin qurban getdiyi «Charlie Hebdo» hücumundan 10 ay sonra, noyabrın 13-də şəhərin müxtəlif yerlərində törədilən terror zamanı 130 nəfər ölmüşdü.

Sonuncu dəfə iyulun 14-də Nitsa şəhərində 80-dən çox adamın qətli ilə nəticələnmiş terror baş vermişdi.

Buna da bax: Rusiya məktəblərində hicaba qadağa

Qadağanı pozmağın bədəli

Yeni qaydalarını pozan kəslər 38 avro məbləğində cərimə ilə üzləşə bilərlər. Ancaq əvvəlcə «burkini» geyinənlərdən paltarı dəyişib çimərlik kostyumu geyinmək və ya da çimərliyi tərk etmək xahiş olunacaq.

Qərar iyulun sonunda qüvvəyə minib, ancaq hələ ki, heç kim buna görə saxlanmayıb.

Buna da bax: İŞİD-ın qurduğu İslam Xilafəti haqda doğrular və miflər

Bu, Fransada müsəlman geyiminə qoyulan ilk qadağa deyil. 2011-ci ildə Fransa ilk ölkə idi ki, qadını bütünlüklə qapadan, «burka» kimi tanınan geyimə, onun bir hissəsi olan «niqab»a qadağa qoydu.

BBC yazır ki, bu günlərdə özəl su parkı Marseille tənqidlərlə üzləşdiyindən burkini ilə suya girməyi qadağan etdi.

Buna da bax: İslamda qadının yeri...

Qaydalar

Kann şəhərinin meri: Yəhudilərə və digər dinlərə məxsus simvollardan geyimdə istifadə qadağan deyil...

«Əxlaq və təhlükəsizlik baxımdan çimərliyə və ya üzməyə əlverişsiz geyimdə gəlmək qadağan olunur», qaydalarda deyilir. O da bildirilir ki, çimərlik geyimi dini mənsubiyyəti aşkara çıxardığı üçün bu yerlər terror hücumlarına hədəf olmaq ehtimalını artırır.

Mətbuat müzakirə edir

Buna da bax: Çadranı çıxartmadı, 2 illiyinə həbs olundu

Fransa mətbuatı bu qadağanın qanuni olub-olmadığını müzakirə edir. «Le Monde» yazır ki, Fransa qanunları örtülü geyimdə suya girməyi qadağan etmir: «Mövcud qanun ictimai yerlərdə tamamilə qapanmaq və üzünü göstərməməyi qadağa edir. Burkinidə isə bədən örtülü olsa da, üzü gizlətmir».

Fransa TV İnfo-nun rəsmi bloqunda Judge Marie hesab edir ki, Kann merinin ictimai narahatlığa səbəb gördüyü əsas seyrək baş verir.

Sağçılara məxsus Liberation qəzeti yazır ki, Kann meri bu qərarıyla siyasi görüşlərini sərgiləyir: «David Lisnard… bu, spesifik məsələyə cavab deyil, ancaq Konstitusiyaya, seçicilərinə radikal mesajdır».

Buna da bax: Çində müsəlman geyiminə qadağa qoyuldu

Mer: «Mən yalnız…»

David Lisnard yerli mediaya bildirib ki, yəhudilərə və digər dinlərə məxsus simvollardan geyimdə istifadə qadağan deyil, o əlavə edib ki, eləcə də müsəlman qadınları baş örtüyü geyinə bilər. O deyib: «Mən yalnız İslam ekstremizminin simvolu olan uniformanı qadağan etmişəm».

Onun sözlərinə görə, fransızlar dünyəvi dövlətdə yaşayırlar və qaydalara əməl eləmək lazımdır».

Buna da bax: Çadra dizaynına maraq artır

QHT-lər də tənqid edir

İnsan Hüquqları Liqası deyir ki, bu qadağa məhkəmə yolu ilə aradan qaldırılmalıdır: «Artıq vaxtdır ki, regionun siyasətçiləri öz diskriminasiya cəhdlərindən geri çəkilsinlər və Respublika ruhunu qorusunlar», təşkilatın yerli lideri Herve Lavisse deyir.

Buna da bax: Məktəb və çadra

Fransada İslamfobiya Əleyhinə Kollektiv də hesab edir ki, bu qadağa «qeyri-qanunidir, diskriminasiya yaradır və Konstitusiyaya ziddir».

Buna da bax:

Təhsil Nazirliyi qarşısında «hicab aksiyası»
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00
Direct-ə keçid

XS
SM
MD
LG