Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:33

Ukraynanın daxili işlər naziri helikopter qəzasında həlak olub (Video)


Helikopterin düşdüyü ərazi
Helikopterin düşdüyü ərazi

Helikopter qəzası nəticəsində ölənlərin sayı 18-i keçib. Kiyev vilayətinin qubernatoru Oleksey Kuleba ölü sayını təsdiqləyərək azı 29 nəfərin, o cümlədən 15 uşağın xəsarət aldığını deyib.

Ölənlərin doqquzu fövqəladə hallar helikopterində olanlardır.

Hadisənin qəza, yaxud müharibəylə bağlı olduğu bəlli deyil. Monastırskının müşaviri Anton Geraşçenko insidentlə bağlı təhqiqat başladıldığını deyib.

Monastırskı Rusiya fevralın sonunda Ukraynaya qarşı səbəbsiz müharibəyə başlayandan həlak olan ən yüksək rütbəli Ukrayna rəsmisidir.

+++

Kiyev vilayətində uşaq bağçası yaxınlığında Ukrayna vertolyotunun qəzaya düşməsi nəticəsində azı 17 nəfər həlak olub. Onların içində Daxili işlər naziri Denis Monastırski, onun müavini, nazirliyin digər aparıcı əməkdaşları, iki uşaq var.

Dövlət polisinin rəisi İqor Klimenko 20-dən çox yaralının, onlardan 10-nun uşaq olduğunu deyib.

Qəzanın səbəbi hələlik, bəlli deyil.

+++

Yanvarın 18-də Kiyev yaxınlığındakı Brovari şəhərində uşaq bağçası yaxılığında helikopter qəza edib. Kiyev vilayətinin qubernatoru Oleksey Kuleba Telegram-da qurbanların olduğunu yazıb.

“Faciə vaxtı bağçada uşaqlar, müəssisənin işçiləri olub. Hamı evakuasiya edilib. Qurbanlar var”, – Kuleba yazıb.

Qəzanın səbəbi aydın deyil. Sosial mediada yanan binanın videoları yayılıb.

+++

Qəzada Ukraynanın Daxili İşlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və nazirliyin dövlət katibi Yuri Lubkoviç həlak olublar. Ümumilikdə 16 nəfərin öldüyü bildirilir.

Ukrayna Prezidentinin aparat rəhbərinin müavini Kiril Timoşenko yazıb ki, ölənlər və qəzanın baş vermə səbəbləri araşdırılır.

Kiyev vilayəti polisinin sözçüsü İrina Pryanişnikova uşaqların evakuasiya olunduğunu, zərərçəkənlər arasında uşaq olmadığını bildirib.

+++

Rusiya qüvvələri Ukraynanın şərqi Donetsk vilayətindəki Baxmut şəhəri üzərinə hücumu davam etdirirlər.

Silahlı Qüvvələrin Baş Qərargahının gündəlik hesabatına görə, son 24 saat ərzində Baxmut və Avdiyevka intensiv hücumlara məruz qalıb. Bu şəhərlərdə döyüşlər aylardır davam edir.

Məlumatda Ukrayna boyunca mülki obyektlərə Rusiyanın havadan və raket zərbələri təhdidinin yüksək olması haqda xəbərdarlıq yer alıb.

Sonuncu dəfə Dnepr şəhərində 1700-dək insanın yaşadığı binaya raket zərbəsində azı 45 nəfər həlak olub.

Ötən fevralda müharibə başlayandan 453-ü uşaq olmaqla 9 mindən çox dinc sakin öldürülüb. Bunu Ukrayna Prezident aparatının başçısı Andrey Yermak yanvarın 17-də İsveçrənin Davos kurort şəhərində Dünya İqtisadi Forumunda deyib. BMT isə Ukrayna müharibəsində 7 mindən çox dinc sakinin öldüyünü bildirir.

XS
SM
MD
LG