Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:21

Kiyevdə yarım milyonadək mənzil işıqsız qalıb


Kiyevdə elektrik kəsilib
Kiyevdə elektrik kəsilib

Ukraynanın Xarici İşlər Nazirliyi Moskvanı Ukrayna vətəndaşlarını Xersondan Rusiyaya məcburi deportasiya etməkdə suçlayıb

Cümə günü səhər Ukrayna paytaxtı Kiyevdə 450 min mənzilin elektriksiz qaldığı bildirilir. Paytaxt meri Vitali Kliçkonun Telegram kanalında yazdığına görə, bu, ötən günlərdən bir dəfə yarım çoxdur.

Kliçko kiyevliləri elektrik enerjisinə maksimum qənaət etməyə çağırıb, vəziyyətin mürəkkəb olduğunu deyib. Artıq şəhər üzrə elektrikin söndürülməsi qrafiki aktuallığını itirib, energetika şirkətindən belə deyilib.

Merin daha öncə bildirdiyinə görə, Kiyevdə sakinlərin istiliklə təmin olunması üçün min məntəqə açılıb.

Raket, dron zərbələri

Rusiya ordusu oktyabrın ortasından Ukraynanın energetika infrastrukturuna raket, dron zərbələri endirir. Bombardman nəticəsində Ukraynanın enerji obyektlərinin 40 faizə yaxınının sıradan çıxdığı bildirilir.

Bundan sonra hakimiyyət elektrikin planlı şəkildə söndürülməsinin qrafikini açıqlayıb.

Noyabrın 4-də Rusiya Ukraynanın cənub-şərqində infrastruktura və mülki hədəflərə kamikadze dronları ilə zərbələr endirib. Milyonlarla ukraynalının elektriksiz qaldığı xəbər verilir.

Prezident Volodimir Zelenski Moskvanı “enerji terrorçuluğu”nda ittiham edib. Zelenski ötən gecə video müraciətində deyib ki, Ukraynanın müharibədən öncəki əhalisinin 10 faizindən çoxu Rusiyanın hücumları nəticəsində müvəqqəti olaraq elektriksiz qalıb.

“Bu gecə 4.5 milyonadək əhalinin enerji istehlakı müvəqqəti kəsilib”, – Zelenski vurğulayıb.

Cəbhədə ciddi dəyişiklik yoxdur

Son günlərin ağır döyüşlərinə baxmayaraq, Ukraynada şərq və cənub cəbhələrdə ciddi dəyişiklik baş verməyib. Cənubdakı Xerson şəhərində uğrunda döyüşə hazırlıq gedir.

Ukraynanın Xarici İşlər Nazirliyi Moskvanı Ukrayna vətəndaşlarını Xersondan Rusiyaya məcburi deportasiya etməkdə suçlayıb.

'Azərişıq'dan ümidini üzən camaat özü-özünə işıq çəkir
Gözlə

No media source currently available

0:00 0:04:25 0:00

Nazirlik Zaporojye, Luqansk, Donetsk vilayətlərində, o cümlədən 2014-cü ildə ilhaq olunmuş Krımda da oxşar deportasiyalar apardığını bildirir.

Rusiya sentyabrın 30-da Xerson və bu üç vilayətin ilhaqını elan etsə də, Qərb və Kiyev bu addımı qeyri-legitim adlandırıb.

XS
SM
MD
LG