Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:55

Koronavirus öz-özünə itib gedəcəkmi?


Hazırda bəşəriyyət üçün naməlum olan COVID19 virusu planet boyunca tüğyan edərək, adamları vahiməyə salır.

Lakin hökumət rəsmiləri və tibb ekspertlərinin xəbərdarlıqlarında ümid işartısı da var: Bu virus ölümcül olsa da, ona yoluxmuş əksəriyyətdə yalnız yumşaq simptomlar müşahidə olunur və bu şəxslər xəstəlikdən tam sağalırlar.

The New York Times yazır ki, tibb ekspertlərinin fikrincə bunu bilmək ona görə vacibdir ki, adamlar həm lüzumsuz vahiməyə düşməsinlər, həm də bu virus barədə aydın təsəvvürə malik olsunlar.

Buna baxmayaraq koronavirus haqqında çox az məlumat var və onun əsas təhlükəsi də bundadır.

Lakin koronavirusa yoluxanların indiyədək məlum statistikası ekspertlərə belə bir nəticəyə gəlmək imkanı verib:

Yoluxmaların 80 faizində simptomlar zəif olur.

Koronavirusdan necə qorunmalı
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Çində fevralın 11-dək qeydə alınmış 44672 yoluxmanın 36 minindən çoxunda, yəni 80 faizində xəstəlik yüngül keçib.

Yüngül dedikdə bu nəzərdə tutulur ki, sözü gedən xəstələrdə sətəlcəm və ya ağ ciyərin iltihabı baş verməyib.

Xəstəliyin şiddətinə görə daha iki qrup var: sərt və kritik.

İndiyədək bu virusa yoluxanların 14 faizində simptomlar sərt və yalnız 5 faizində kritik olub.

Xəstəliyin orta ölümcüllük faizi Çində 2, 3-dür. Lakin alimlərin fikrincə, bu faizi Çinin Hubey vilayətindəki 2, 9 faiz ölümcüllük göstəricisi şişirdib. Halbuki Çinin qalan hissələrində yoluxanların 0, 4 faizi vəfat edib. Müqayisə üçün qeyd olunur ki, mövsümi qripin ölümcüllüyü 0, 1 faizdir.

Adi soyqudəyməyə bənzəsə də…

Həkimlər qeyd edirlər ki, koronavirusa yüngül yoluxma simptomlarına görə adi soyuqdəyməyə bənzəyir.

Problem burasındadır ki, ekspertlər ən az məlumata elə bu yüngül formalar sahəsində malikdirlər, çünki belə xəstələrin əksəriyyəti həkimə müraciət etmir. Alimlər bildirirlər ki, bəzi yoluxanlar bunu heç hiss etməyə də bilərlər.

Amma Çinin Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə bəzən yüngül formada da sətəlcəm – pnevmoniya baş verə bilir. Yüngül formanı keçirənlər süstlük və azacıq qızdırma hiss edirlər.

Karantində saxlananların etirazı aksiyası
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Koronavirusa yoluxmuş şəxslərdə daha çox qızdırma, öskürək, təngnəfəslik müşahidə olunur.

Koronavirusa yoluxmanın yüngül simptomlarını keçirənlər sağ qalırlar.

Heç şübhə yoxdur ki, kritik kateqoriyaya düşənlər daha böyük təhlükə ilə üzləşirlər.

Çinin həmin mərkəzinin müşahidələrinə görə bu kateqoriyada olanların 49 faizi vəfat edib.

Xoşbəxtlikdən kritik kateqoriya koronavirusa yoluxanların kiçicik bir hissəsini əhatə edir.

Fevralın 27-ə olan məlumata görə Çində koronavirusa yoluxan 78487 nəfərin indiyədək 41 faizi, başqa sözlərlə 32495-i sağalaraq xəstəxanalardan buraxılıb.

8300 xəstənin vəziyyəti böhranlıdır.

Alimlərin fikrincə yoluxmanın yüngül forması öz-özünə keçib gedir, amma məsələni qəlizləşdirən də budur ki, bu kateqoriyaya düşənlərin sayı xeyli çoxdur.

Bu isə virusun başqalarına keçməsi şanslarını artırmış olur. Yoluxmanı yüngül keçirənlərin böyük bir hissəsinin xəstələndiyindən heç xəbəri olmur.

Beləliklə də nəzəri olaraq sağlamlıq üçün az təhlükəli olan virusun əhali miqyasında qarşısını almaq çətinləşir.

İki ssenari

Alimlər bildirirlər ki, geniş mənada koronavirusun gələcəyi iki cür ola bilər.

Bu epidemiya da başqa bir koronavirusun, SARS kimi tanınan virusun epidemiyası kimi genişləndikcə zəifləyə, tədricən itib gedə bilər.

Lakin başqa bir perspektiv də mümkündür. Ola da bilər ki, COVID19 insanların orqanizmində oturuşub adi qrip kimi mövsümi xarakter alar. Bu halda bəşəriyyət bu virusla eyni məkanda yaşamağa məhkum olacaq.

Təskinlik gətirən tərəfi budur ki, virus böyük bir ehtimalla vaxt keçdikcə özünün bir sıra ölümcül keyfiyyətlərini itirəcək. Hətta yüngül keçən xəstəlikdən sonra adamlarda immunitet yaranması da mümkündür.

Bir sıra tibb ekspertləri məhz bu qənaətdədirlər ki, koronavirusa bir dəfə yoluxanlar bu xəstəliyə qarşı immunitet qazanmış olacaqlar.

Digər sevindirici cəhət budur ki, immuniteti hətta bu xəstəliyi çox yüngül keçirənlər də qazanacaqlar.

XS
SM
MD
LG