Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:24

«Kriminal kartof» söhbəti bitir, deyəsən...


Kartof
Kartof

-

Bir-iki il əvvələcən kartofun gömrükdə rəsmiləşdirilmə qiyməti iqtisadiyyat bilicilərini mat qoyardı. Onlar heyrət qarışıq kinayəylə soruşardılar ki, axı necə olur, bazarda kartofun kilosu 1 manata və ya daha baha, amma gömrükdə 6 sentə (2014-cü il), 9 sentə (ötən il) rəsmiləşdirilir? Ardından özləri də cavab verirdilər ki, xaricdən gətirilən malların «xeyrini» elə gömrükçülər görür: malın bəyan olunan qiymətini azaldır, idxalçılardan, təbii ki, qeyri-rəsmi «zəhməthaqqı» yığırlar. Beləcə, kartof gəlib piştaxtaya çıxınca, birə iki bahalaşır.

İNDİ 30 QƏPİYƏ RƏSMİLƏŞDİRİLİR

Bu ilin birinci rübünə olan məlumatların təhlili gömrükdə korrupsiyanın səngidiyini, nisbətən cilovlandığını göstərir. Avropa Yenidənqurma və İnkişaf Bankının mayın 25-də Bakıda mətbuat konfransı keçirən prezidenti Suma Chakrabarti, çox güman, həm də gömrük orqanlarını nəzərdə tutaraq, Azərbaycanda korrupsiya ilə ciddi mübarizə aparıldığını deyib.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycana 75.4 min ton – ötən ilin eyni dövründəkindən 25.5 min ton çox kartof gətirilib. Ötən il kilosu 8.5 sentə rəsmiləşdirilən kartof bu il gömrükdən 19.4 sentə keçib. Dolların indiki məzənnəsi ilə hesablayanda, bu, təxminən 30 qəpik deməkdir. Gömrük rüsumu və vergilər nəzərə alınsa, kartofun pərakəndə satışdakı qiymətini - 60-70 qəpiyi ədalətli saymaq olar.

İXRAC-İDXAL BİLGİLƏRİ ÜST-ÜSTƏ DÜŞMÜR Kİ DÜŞMÜR...

Maraqlıdır ki, bu il Azərbaycana gətirilən kartofun coğrafiyası da önəmli şəkildə dəyişilib. Ötən ilin ilk rübündə ölkəyə ən çox Niderland (Hollandiya) kartofu (30.4 min ton) gətirilirdisə, bu il idxalçılar, əsasən, Rusiya (42.1 min ton) və İrana (30.9 min ton) üz tutublar.

İxracatçı ölkələrin açıqladığı məlumatlara görə, 2014-cü ildə Azərbaycana yola salınan kartofun orta qiyməti 24.4 sent, 2015-ci ildə isə 12.3 sent olub.

Son iki ildə ixracatçı ölkələrin Azərbaycana göndərdiyi kartofun ümumi dəyəri 33.8 milyon dollardır. Azərbaycan gömrüyü isə həmin dövrdə 19.8 milyon dollar həcmində idxal qeydə alıb. Bu hesabla gömrükdə təkcə kartof idxalından dövlət büdcəsinə təxminən 5 milyon dollar az vəsait ödənilib.

XS
SM
MD
LG