Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana gəlir.
Xarici İşlər Nazirliyinin (XİN)mətbuat xidmətinin məlumatında bildirilir ki, rusiyalı nazir 19-20 noyabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
Nazirlik səfər proqramını da açıqlayıb.
Səfər çərçivəsində Sergey Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.
Buna da bax: E.Məmmədyarov: 'Qarabağ münaqişəsinin həllinin vaxtı çatıb'
Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.
“Qonşu,dost ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır”, nazirliyin məlumatında vurğulanır.
Danışıqlarda Qarabağ münaqişəsinin müzakirə ediləcəyi də güman edilir.
Buna da bax: Sizcə, sülh danışıqlarının niyə nəticəsi yoxdu? (Sorğu)