Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 18:52

Moskva Əfqanıstanla bağlı danışıqlara çağırır


Rusiya prezidenti Sergei Lavrov, 17 avqust, 2021
Rusiya prezidenti Sergei Lavrov, 17 avqust, 2021

Türkiyə prezidenti Rəcəb Tayyip Erdogan da bir gün öncə Taliban hərəkatı ilə əməkdaşlığa açıq olduqlarını bildirib.

“Rusiya Əfqanıstanla bağlı sülh danışıqlarının Moskva formatına dönməyə hazırdır”.

Reutersin məlumatına görə, bunu avqustun 19-da Rusiyanın xarici işlər naziri Sergei Lavrov bəyan edib.

Bu formatla 2016-cı ildən Moskvada, Əfqanıstandakı münaqişə tərəfləri və maraqlı ölkələrin iştirakı ilə bir neçə görüş keçirilib.

Lavrov qeyd edib ki, Moskva Əfqanıstandakı münaqişənin nizamalanması üçün, hakimiyyət bölgülü keçid hökumətinin tərəfdarıdır.

Reüters yazır ki, Lavrov bundan əvvəl ABŞ, Çin və türkiyəli həmkarları ilə Əfqanıstandakı vəziyyəti müzakirə edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Erdogan da bir gün öncə Taliban hərəkatı ilə əməkdaşlığa açıq olduqlarını bildirib və hərəkatın bugünədək mötətil bəyanatlarla çıxış etməsini müsbət qarşılayıb.

Reütersin məlumatına görə, Ankara həmçinin Taliban hərəkatına Kabil hava limanının qorunmasını və texniki yardım göstərməyi təklif etmək fikrindədir.

ABŞ-in rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri mayın 1-dən Əfqanıstanı tək etməyə başladıqdan sonra, Taliban ölkədə hakimiyyəti silahlı yolla zəbt edib.

Əfqanıstan prezidenti Ashraf Ghani və digər ölkə rəsmiləri avqustun 15-də ölkəni tərk etdikdən dərhal sonra Taliban yaraqlıları paytaxt Kabili də tam nəzarətə götürdülər.

Amma qərb ölkələrinin öz vətəndaşlarını evakuasiya etməsi üçün, Kabil hava limanı hələlik beynəlxalq qüvvələrin nəzarətindədir.

Hazırda bütün ölkə tam Taliban hərəkatının nəzarətindədir.

XS
SM
MD
LG