Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:43

Lirə Bayden-Erdoğan görüşü ərəfəsində qalxır


Lirə dollara nisbətdə 1.7 faiz bahalaşaraq həftə ərzindəki artımı 4.4 faizə çatdırıb
Lirə dollara nisbətdə 1.7 faiz bahalaşaraq həftə ərzindəki artımı 4.4 faizə çatdırıb

Lirə dollara nisbətdə 1.7 faiz bahalaşaraq həftə ərzindəki artımı 4.4 faizə çatdırıb

Türkiyənin milli valyutası – lirə mayın ortalarından bəri ən yüksək dəyər həddinə çatıb.

Bloomberg yazır ki, bundan əvvəl Türkiyənin müdafiə naziri ABŞ-la Ankaranın Rusiyadan S-400 raket sistemini almasına görə yaranmış qarşıdurmanın həll oluna biləcəyini istisna etmədiyini demişdi.

İyunun 11-də amerikalı həmkarı Lloyd Ostinlə telefon söhbətinin ardınca Hulusi Akar deyib ki, bu məsələdə “ağlabatan və məntiqli həll yolları həmişə mümkündür”.

Akar bundan artıq təfərrüat bildirməsə də, ekspertlərin bazar ertəsi Brüsseldə keçiriləcək Co Bayden-Recep Tayyip Erdoğan görüşündən gözləntiləri azdır.

Onlar bildirirlər ki, iki lider etimadyaratma əməkdaşlığı sahəsində bəzi məsələlərdə razılığa gələ bilərlər.

Türkiyənin müdafiə naziri bunu da deyib ki, Türkiyə “partnyorlarının S-400-lə bağlı texniki narahatlıqları” üzərində işləməyə hazırdır.

Lakin Vaşinqton bu bəyanatın fikir ayrılığının çözümü üçün kifayət olmadığını bildirib.

Lirə bu görüşə görə qalxıb

Londondakı BlueBay Asset Management firmasının strateqi Tim Eş yazır ki, “lirənin bazarı Bayden-Erdoğan sammitindən gözləntilərə görə yaxşılaşıb.

Ekspertin fikrincə bu gözləntilər doğrulmasa Türkiyənin maliyyə bazarında tamam əks proseslər başlana bilər.

Lirə dollara nisbətdə 1.7 faiz bahalaşaraq həftə ərzindəki artımı 4.4 faizə çatdırıb.

Bu, lirənin mart ayından bəri bir həftə ərzində ən böyük yüksəlişidir.

Lakin Türkiyə Vaşinqtonun əsas tələbini – S-400 raketlərindən tam imtina olunmasını icra etmək əhvalında görünmür.

Vaşinqton bunun müqabilində Ankara üzərinə qoyulmuş sanksiyaların qaldırılmasını vəd edib.

Erdoğan güzəştə gedəcəkmi?

ABŞ narahatdır ki, S-400 raket sistemindən ABŞ-ın təkmil F-35 qırıcıları barədə informasiya toplanması üçün istifadə oluna bilər.

Türkiyə F-35 “gözəgörünməz” qırıcılarının tikintisi üzrə proqramın qurulmasında iştirak edib və bu təyyarələrdən 100 ədədinin alınmasına hazır idi.

Üstəlik F-35 qırıcısının bəzi komplekt hissələri Türkiyədə istehsal olunurdu.

Türkiyə prezidentinin ABŞ lideri ilə görüşünü hazırlayan iki mənbə Bloomberg-lə söhbətində Erdoğanın S-400 raketlərini ABŞ-Türkiyə birgə nəzarəti altına verməklə güzəştə gedə biləcəyinə dair şayiələri rədd edib.

Bəzi mənbələr S-400 raketlərinin İncirlik hərbi hava bazasında ABŞ-ın nəzarətinə verilə biləcəyini bildirirdilər.

Sözü gedən iki Türkiyə rəsmisi bu məsələnin Ankara və Vaşinqton arasında müzakirə olunmadığını deyiblər.

XS
SM
MD
LG