Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:20

Qafqazda ən aşağı orta aylıq maaş Azərbaycandadır...


►Gürcüstanda 387 dollar, Ermənistanda 386 dollar, Azərbaycanda isə 296 dollar...

Azərbaycanda muzdla işləyənlərin orta aylıq əmək haqqı açıqlanıb.

Hazırda bu rəqəmin təqribən 462 manat olduğu bildirilir. Yəni bugünkü məzənnə ilə 298 ABŞ dolları.

Dövlət Statistika Komitəsindən fins.az-a verilən məlumata görə, bu il, noyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 504,7 min nəfər olub. Bunun 877,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 626,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 22,3 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1 faizi sənaye, 8,9 faizi isə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində çalışır. Bundan başqa 6,5 faiz tikinti, 4,9 faiz nəqliyyat, 3,9 faiz peşə, elmi və texniki fəaliyyət sahəsindədir. 3 faizin kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizin informasiya və rabitə, 17, 7 faizin isə iqtisadiyyatın digər sahələrində çalışdığı deyilir.

2015-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin eyni dövrünə nisbətən 4,6 faiz artıb. İndi bu 462 manat təşkil edir.

Buna da bax: Həbsxanada qiymətlər. "Aşağı çarpayı - 200 manat..."

“Bu, biabırçılıqdır”

Açıqlanan bu rəqəmlərlə bağlı ictimaiyyət arasında qızğın müzakirə edilir.

AXCP sədri Əli Kərimli yazır:

“Bu duruma biganə qalmaq olmaz. Ermənistanda orta aylıq əmək haqqı 385 dollardır. Azərbaycanda isə 298 dollar. Bu il Ermənistanın milli pulu - dram cəmi 1,9 faiz ucuzlaşıb. Azərbaycan manatının devalvasiyası isə 100 faizə yaxın olub. Bu, biabırçılıqdır . Bu qədər nefti və sərvəti olan bir ölkəni “acından ölən” Ermənistandan da pis günə salıblar. Çıxın bu millətin qarşısına, yarıtmaz, acgöz siyasətinizin izahını verin. Ölkəni niyə bu günə qoydunuz”

“Nağıl bitdi, yola davam...”

İqtisadçı Natiq Cəfərli də açıqlanan rəqəmlərə reaksiya verib:

“Yeni Azərbaycan Partiyasının 22 illik analoqu olmayan inkişaf nağılının son dayanacağı, orta aylıq maaş:

Gürcüstanda 387 dollar, Ermənistanda 386 dollar, Azərbaycanda isə 296 dollar. Nağıl bitdi, yola davam”

Yalnız dollar qəbul edən "dilənçi"
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

XS
SM
MD
LG