Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:56

‘Sanksiya söhbəti ortaya gələn kimi...’ [media icmalı]


Mehman Əliyev azadlığa çıxıb. 11sent2017
Mehman Əliyev azadlığa çıxıb. 11sent2017

Dövlət başçısı İlham Əliyevin islam həmrəyliyində xidmətləri, manatın məzənnəsinin sabit saxlanmasından ötrü atılan addımlar və “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev haqqında həbs qəti imkan tədbirinin ləğvi bu gün (12 sentyabr, 2017-ci il) medianın aparıcı mövzularıdır...

Manatın dumanlı gələcəyi

Exo” qəzetində “Manatın məzənnəsini sabit saxlamaqdan ötrü ayda 100 milyon manat dəstək” sərlövhəli yazı oxumaq olar.

Müəllif Özbəkistanda baş vermiş devalvasiyanın Azərbaycanda da təkrarlana bilməsi ehtimalını ekspertlərlə müzakirə edir:

Buna da bax:​ Manatın devalvasiyası 'Azərbaycan paltaryuyanı' ilə bağlı idimi?

“Qarşıda üçüncü devalvasiyanın ola bilməsi şayiələri əsassız deyil. Əhali bu məsələni sosial şəbəkələrdə, yerli forumlarda müzakirə edirlər. Bəzi vətəndaşlar gözləmə mövqeyindədir, bundan qorxur, təlaş keçirirlər. Sadə vətəndaşlar bunun qarşısını ala bilməyəcəklər və hər şey Mərkəzi Bankın qərarından asılı olacaq”, deyə ekspert Nəriman Ağayev bildirib.

Nəriman Ağayev
Nəriman Ağayev

N.Ağayevə görə, hətta devalvasiya olsa belə, bu 2015-ci ildəki kimi təsirə malik olmayacaq. O fikirlərini belə izah edir:

“O zaman dollar məzənnəsilə müqayisədə həqiqətən bir çox vətəndaşlar iri pul itkilərinə məruz qaldılar. Amma indi praktiki olaraq əhalinin əlində manatla olan iri pul kütləsi yoxdur”.

Ekspert bütün hallarda əlində böyük həcimdə manat kütləsini saxlamağı düzgün saymır.

N.Ağayev vurğulayır ki, ölkə, hələ də neftdən asılılıqdan qurtulmayıb.

Buna da bax: 2,9 milyarda nələr etmək olardi? – Q.İbadoğlunun cavabı

Onun fikrincə xarici borcları ödəmək ehtiyacı yarandığından hökumətə də dolların ucuz məzənnədə qalması sərf edir:

“Manatın indiki sabit məzənnəsini saxlamaq üçün hər ay ehtiyat fondundan bu məqsədlə 100 milyon xərclənir. Habelə inflyasiya artımının qarşısının alınması üçün süni pul qıtlığı yaradılır. Hazırda inflyasiya 13 faiz təşkil edir ki, bu çox yüksək göstəricidir".

Manatın real dəyərinə gəlincə isə, bir çox ekspertlər belə hesab edirlər ki, 1 dollar 3 manata bərabərdir. Hökumətin bu məsələni necə həll edəcəyi aydın deyil. Buna “şok terapiyası”, yoxsa, manatın real dəyərinə “üzən məzənnə” ilə keçiləcəyi bilinmir. Amma istənilən halda məzənnənin dəyişəcəyi qaçılmazdır və bu 2018-ci ilin ilk rübündə baş verə bilər”.

Buna da bax:​ “Manat sabit qalıbsa, qiymətlər nədən artır” sualına iqtisadçı cavabları...

Sanksiya qorxusu

Azadlıq.info” saytında “Əliyevlərin yedək “müstəqilliyi” adlı yazı yer alıb.

Xalq Bahadırın müəllifi olduğu yazıda prezidentin göstərişindən sonra “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs qəti imkan tədbirinin ləğv edilməsi dəyərləndirilir. Yazıda oxuyuruq:

“Qazaxıstandan qayıdandan dərhal sonra Azərbaycan prezidentinə baş verənlərlə bağlı məlumat çatdırılıb. Dövlət başçısı dərhal ciddi reaksiya verərək, prokuror-məhkəmə orqanlarına seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və vergidən yayınmada ittiham olunan M.Əliyevin təcridxanadan azad edilməsini tövsiyə edib”, - deyə müəllif yazısında rəsmi KİV-lərdə gedən məlumatdan kiçik bir hissəni sitat kimi təqdim edir.

Buna da bax:​ İlham Əliyev: 'Azərbaycan azı 100 il...'

Xalıq Bahadır
Xalıq Bahadır

Xalıq Bahadır bu qərarın verilməsindən öncə ABŞ Senatında Mehman Əliyevin həbsində məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə sanksiyaların gündəmə gəlməsini xatırladır:

“Budur, ABŞ senatında Əliyevlərlə bağlı SANKSİYA söhbəti ortaya gələn kimi birinci vitse-prezident iki aydan bəri köç saldığı gözəl Parisdən, prezident getdiyi Qazaxıstandan, başqa Əliyevlər dünyanın ayrı-ayrı yerlərindən tez-tələsik Bakıya axışdılar. Bütün ailəliklə SANKSİYALARI önləmə qərarı verdilər...”

Müəllif 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərinə də toxunur.

Buna da bax:​ Jagland Mehman Əliyevlə bağlı bəyanat verib

Yazıda hesab edilir ki, Əliyevlər bu seçkilərdən də qalib çıxmaqdan ötrü sanksiyalardan yayınmaq, güclü dövlətlərlə “bazarlığa” girməyə çalışacaqlar.

“İslam birliyi” platforması

Azərbaycan” qəzetində “İlham Əliyevin “İslam həmrəyliyi” təşəbbüsü qlobal dəstək qazanır” sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, Azərbaycan beynəlxalq miqyasda müsəlman həmrəyliyinin tərəfdarlarındandır.

Yazıda vurğulanır ki, bu istiqamətdə çoxsaylı təkliflər, layihələr irəli sürən və icrasında qətiyyət göstərən prezident İlham Əliyev müəllifi olduğu siyasətin daha genişmiqyaslı təminatından ötrü 2017-ci ili “İslam həmrəyliyi ili” elan edib.

Buna da bax:​ Hikmət Hacızadə: 'Sanksiyalardan qorxdular' [şərhlər]

Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Müəllif dövlət başçısı İlham Əliyevdən belə bir sitat gətirir:

“Çalışacağıq ki islam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.

Yazıda dövlət başçısının bu fikirləri yeni missiyasının əsas məramı adlandırılır:

“Elə tək bu il ərzində İslam Həmrəyliyi Oyunlarına, müsəlman aləmində münasibətlərin genişləndirilməsinə həsr olunan beynəlxalq konfranslara evsahibliyi edən, xaricdə bu yöndə tədbirlər hazırlayan Azərbaycan birlik və əməkdaşlıq çağırışlarının real fəaliyyət müstəvisini formalaşdırdı”.

Buna da bax:​ İlham Əliyev: 'İndi bizim təcrübəmiz öyrənilir'

Yazıda vurğulanır ki, əslində ölkədə bu siyasi modelin əsası keçmiş prezident Heydər Əliyevin dövründə qoyulub:

“Bu model ölkədə məscidlərin sayını 17-dən 2000-ə qədər yüksəltməklə yanaşı, onları cəhalət yuvasına çevrilməkdən qoruyur. Dini maarifçilik, ruhani zümrənin məzhəblərarası ünsiyyətə, əməkdaşlığa sövq edilməsi Azərbaycanda dini radikalizmin, ekstremizmin yayılmasına qarşı da əhəmiyyətli sipərdir”.

XS
SM
MD
LG