Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:00

Mehman Hüseynovun işgəncəylə bağlı şikayətinə baxılacaq


Mehman Hüseynov həbsindən əvvəl 2005-ci ilin martında qətlə yetrilmiş jurnalist Elmar Hüseynovun məzarı yanında, 2 mart 2017
Mehman Hüseynov həbsindən əvvəl 2005-ci ilin martında qətlə yetrilmiş jurnalist Elmar Hüseynovun məzarı yanında, 2 mart 2017

Martın 27-si saat 16:00-da Səbayel Rayon Məhkəməsindəbloqqer Mehman Hüseynovun şikayətinə baxılacaq. Məhkəmə prosesinə hakim Aytən Əliyeva sədrlik edəcək.

M.Hüseynovun vəkili Elçin Sadqov AzadlıqRadiosuna deyib ki, şikayət işgəncə faktıyla bağlıdır: “Bu il yanvarın 9-da saxlandığı zaman M.Hüseynov Nəsimi rayon 22 saylı polis bölməsində işgəncəyə məruz qalması haqda açıqlama verimişdi. Bununla bağlı Bakı Şəhər Prokurorluğunua müraciət etdik. Prokurorluq isə işgəncə faktlarını araşdırmaqdan imtina qərarı çıxardı. İndi həmin qərardan verdiyimiz şikayətə baxılacaq”.

M.Hüseynov yanvarın 9-da axşam yoxa çıxmışdı. Bir gün sonra Nəsimi rayon məhkəməsinə çıxarılarkən onun 22 saylı polis bölməsində saxlandığı məlum olmuşdu.

Nəsimi rayon məhkəməsi M.Hüseynovu polisin qanunu əmrinə tabe olmamqda təqsili bilərək barəsində 200 manat cərimə olunması qərarı çıxaırb. Bundan sonra jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncəyə məruz qalması haqda açıqlama verib. Vəkil də işgəncə faktlarının izlərini prokurouluğa təqdim edib.

Bloqqerin işgəncə ilə bağlı açıqlamasını polisə böhtan sayan Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və bu müraciət əsasında Suraxanı Rayon Məhkəməsi bu il martın 3-də çıxardığı qərarla M.Hüseynovu 2 il müddətinə azadlıqdan məhurm edib.

XS
SM
MD
LG