Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:04

“Mehman 10 günlüyü” keçiriləcək


Mehman Əliyev
Mehman Əliyev

“ Ölkə mediasında “Mehman 10 günlüyü” keçirmək niyyətindəyik”.

Bunu Azadlıq Radiosuna “Mehman Əliyevə Azadlıq Komitəsi”nin təmsilçisi Əvəz Zeynallı bildirib.

Əvəz Zeynalının sözlərinə görə, 10 gün ərzində Mehman Əliyevlə bağlı ardıcıl şəkildə yazılar və başqa materiallar nəşr etmək fikrindədirlər. Ə.Zeynallı deyib ki, üzərində M.Əliyevin əksi olan köynəklərin hazırlanması da nəzərdə tutulur:

“Jurnalistlərdən belə təklif gəlib ki, M.Əliyevin müdafiəsilə bağlı media mənsublarının aksiyası da keçirilsin”-deyə komitə məsulu bildirib.

Ə.Zeynallı deyib ki, beynəlxalq ictimaiyyətin M.Əliyevin həbsinə diqqətini daha da artırmaq məqsədi ilə beynəlxalq qurumlarla işi gücləndirmək niyyətindədirlər.

“Mehman Əliyevə Azadlıq Komitəsi” avqustun 28-də təsis edilib.

Bunlara da bax: Heydər Əliyev 'Mehman Əliyevə görə' iki il bir vəzifəni boş saxladı

'Amnesty International' İlham Əliyevə məktub göndərib

Xatırlatma

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar, onunla əməkdaşlıq edənlər sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər.

XS
SM
MD
LG