Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:55

“Təmirli mənzilə 110 min istəyirəm, alan yoxdur”


►Ev bazarında alqı-satqıda sabitlik, kirayə bazarında ucuzluq yaranıb

“Bir aydır ki, 2 otaqlı mənzil axtarıram, tapa bilmirəm”. Bunu Bakı sakini Tahir Qənbərov deyir. O, Bakının Yasamal rayonunda, Bayılda, Badamdarda, mikrorayonlarda 60 min manat dəyərində iki otaqlı mənzil axtarır:

“Bu qiymətə tapdıqlarım ürəyimcə olmur, ya bir otaqdır, ikiyə düzəldilib, ya da “Xruşşovka” layihəsidir. Hələ ki, uyğun bir mənzil tapa bilmirəm”.

O deyir ki, ev bazarında qiymətlər oynayır:

“Dollar qalxanda evlər düşür, dolların dəyərində cüzi ucuzlaşma olanda qiymət qalxır”.

Həmsöhbətimizin sözlərinə görə, dollar ucuzlaşanda, mənzil sahibləri manatın möhkəmləndiyini düşünüb qiyməti salmırlar.

Bakı sakini Emin də bir aydır ki, paytaxtın mərkəzi rayonlarında 40 min manata bir otaqlı ev axtarır. Deyir ki, evlərin qiymətində diqqətçəkən ucuzlaşma yoxdur.

Paytaxtın Yasamal rayonunda yerləşən mənzilini satmaq istəyən Rafiq Məmmədov isə alıcı tapa bilmədiyindən gileylənir. Onun sözlərinə görə, qiymət müştərilərin ürəyincə olmur,

“Yeni tikili binada təmirli mənzilə 110 min manat istəyirəm, amma hələ ki, real alıcı yoxdur”.

“Heç yerdə 50 min manata “Xruşşovka” layihəli ev yoxdur”

Ev bazarında tələbat, əsasən, 1 ya 2 otaqlı mənzillərədir, 3 və daha çox otaqlılar nisbətən az satılır. Bunu ev dəllalı Nofəl Quliyev deyir, əlavə edir ki, bazarda qiymətlər sabitdir. Daha doğrusu, evin manatla ifadəsi dəyişməyib, ya da cüzi artıb:

Gözlə

No media source currently available

0:00 0:00:39 0:00
Direct-ə keçid

“Mərkəzdə iki otaqlı mənzil bir il əvvəl 120 min idisə, indi 125 mindir. Heç yerdə 50 min manata “Xruşşovka” layihəli ev yoxdur”.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Nofəl Quliyev deyir ki, onların firması bir ay ərzində təxminən 15 mənzil sata bilib:

“İndi satılan mənzillərdən vergi də tutulur, ona görə ev sahibi 100 minə verdiyi evin vergisini, yəni 3 minini də üstünə qoyub satır”.

“Kirayə bazarında ucuzluqdur”

Ev dəllalı əlavə edir ki, kirayə bazarında enmə var, onun sözlərinə görə, 400 manata verilən kirayə mənzillər indi 350 manatadır:

“Firmamız bu yaxınlarda şəhərin mərkəzində 4 otağı 2 min manata kirayə verdilər, əvvəllər həmin mənzilin kirayəsi 2 min 500 manat idi. Tələbat getdikcə azalır. Nə qədər xarici şirkət bağlandı, ya ixtisar oldu. Burda işləyənlər, əsasən, şəhərin mərkəzində qalırdılar”.

Müsahibimiz deyir ki, Bakıda kirayə qalanların çoxu işini itirdiyindən evlərinə qayıtmağa məcbur olub.

Nüsrət İbrahimov
Nüsrət İbrahimov

Təklif var, tələbat yox

"MBA LTD" Qiymətləndirmə və Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov kirayə bazarında təklifin artdığını deyir. Onun sözlərinə görə, banklardan depozitlərini çıxaran vətəndaşlar arasında əllərindəki vəsaiti daşınmaz əmlaka yatıranlar var və onlar da bu mənzilləri kirayə bazarına yönəldiblər:

Torpaq, kommersiya obyektləri bahalanıb“Ona görə də indi 1 ya 2 otaqlı mənzillərin alınmasında tələbat var”.

Müsahibimiz deyir ki, ev bazarında qiymət sabitliyi yaranıb, ancaq həm də qiymət artımı qeydə alınıb. Onun sözlərinə görə, daha çox torpaq sahələri bahalanıb, təkrar mənzil bazarında 1 faizə, kommersiya obyektlərində 4 faizə qədər qiymət artımı müşahidə edilir. Nüsrət İbrahimov hesab edir ki, yaz-yay aylarında qiymət bir az da sabitləşəcək:

“Ötən ilin mart ayı ilə müqayisədə mənzil bazarında dollarla ifadədə 41 faiz ucuzlaşma var, amma yenə də qonşu ölkələrə baxanda Azərbaycanda mənzillərin qiyməti real deyil. 8-10 faiz düşsə, reallığa yaxın olar”.

Nüsrət İbrahimovun sözlərinə görə, satışa çıxarılan mənzillər əvvəllər 48-50 günün içində satılırdısa, indi bu müddət 3-3,5 aya çatıb. Müsahibimiz əlavə edir ki, ipoteka ev bazarını canlandıracaq:

“2009-cu ilin təcrübəsi göstərir ki, ipoteka işə düşən kimi mənzil bazarında sabitlik özünü göstərir”.

Buna da bax: Sürücü: İqtisadi böhrandan sonra az qala hamı taksi sürür

Sürücü: İqtisadi böhrandan sonra az qala hamı taksi sürür
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

XS
SM
MD
LG