Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:23

Moskvada Kommunist Partiyasının binasına polislər gəlib


Rusiya Federaiyası Kommunist Partiyasının lideri Gennadi Zyuqanov hadisəni cinayət əməli adlandıb

Rusiya Federaiyası Kommunist Partiyasının (RFKP) lideri Gennadi Zyuqanov deyib ki, onun birinci müavini və Dövlət Dumasının vitse-spikeri İvan Melnikovun qəbul otağına polislərin gəlməsi cinayətdir.

Sentyabrın 28-də RFKP Moskva komitəsinin katibi Nikolay Volkov bildirmişdi ki, polis binadakı 4 hüquqşünasın çıxmasına imkan vermir.

Volkovun sözlərinə görə, bu vəkillər Dövlət Dumasına seçkidə elektron səsverməsi nəticələrinin mübahisələndirilməsi barədə vəsatətin təqdim olunması üçün məhkəməyə getməli idilər.

Kommersant qəzeti yazır ki, sözü gedən hüquqşünaslar İvan Melnikovun qəbul otağında idilər.

Gennadi Zyuqanov hadisə barəsində deyib:

"Bu, Melnikovun, yəni Dövlət Duması sədrinin birinci müavininin qəbul otağıdır. Buna görə də bu otağa hücum çəkənlər cinayət əməli törətdiklərini anlamalıdırlar. Bu, tamamilə yolverilməzdir”.

Xəbər verilir ki, polis RFKP-nin Moskva komitəsinin hüquq xidmətinin giriş qapılarını bağlayıb.

Sentyabrın 29-dan gec olmayaraq

Sentyabrın 28-də Kommunist Partiyası Dövlət Dumasına seçkinin elektron səsverməsinin nəticələrinin ləğv edilməsi üçün məhkəməyə müraciət etməyi planlaşdırırdı.

Dojd telekanalı xəbər verir ki, polisin hərəkətlərinə görə vəsatətin təqdim olunması təxirə salınıb.

RFKP-nin hüquqşünası Maksim Sikaç “Novaya gazeta” qəzetinə deyib ki, polislər Moskvanın mərkəzindəki Starı Tolmaçovski döngəsində yerləşən binaya gələndə kommunistlər sənədləri məhkəməyə göndərməyə hazırlaşırdılar.

Hüquqşünasın sözlərinə görə, vəsatət sentyabrın 29-dan gec olmayaraq təqdim edilməlidir.

OVD-İnfo portalının verdiyi məlumata görə polislər gələndə ofisdə 4 hüquqşünas olub.

Polislər binanın giriş-çıxış qapılarını bağlayıblar. Həmin binada həm də Dövlət Duması spikerinin birinci müavini, kommunist İvan Melnikovun qəbul otağı yerləşir.

Interfax xəbər verir ki, binada habelə Dövlət Duması kommist fraksiyasının vəkili olub.

Zyuqanovun mövqeyi

Bundan əvvəl Dövlət Dumasına RFKP-dən Moskva dairəsi üzrə deputatlığa namizəd, MDU-nun müəllimi Mixail Lobanov onun dairəsində elektron seçki nəticələrinin ləğv olunması vəsatəti ilə məkhəməyə müraciət etmişdi.

Lobanovun sözlərinə görə onu uzun müddət məhkəmənin binasına buraxmayıblar.

Bundan bir neçə gün əvvəl polislər RFKP-nin Moskvanın cənubunda yerləşən şəhər komitəsinin binasını mühasirəyə almışdılar.

Ötən həftə MSK Dövlət Dumasına seçkinin baş tutduğunu elan edib və nəticələri təsdiqləyib.

Xəbər verilir ki, MSK-nın 15 üzvünün hamısı protokol və müvafiq səsvermə cədvəllərini imzalayıb.

Lakin MSK-nın RFKP-dən olan üzvü Yevgeni Kolyuşin xüsusi rəy tərtib edib və seçkidə azadlıq və bərabərlik prinsiplərinin kobud şəkildə pozulduğunu bildirib.

RFKP seçki nəticələrinə etiraz olaraq bir neçə aksiya keçirib.

Partiyanın lideri Gennadi Zyuqanov prezident Vladimir Putinlə görüşündə elektron səsverməsində mümkün pozuntuların ola biləcəyi məsələsini qaldırıb.

Lakin elə həmin görüşdə Zyuqanov RFKP-nin prezidenti dəstəklədiyini bildirib.

XS
SM
MD
LG