Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:52

Muxtarlının işi Gürcüstan deputatlarının müzakirəsində


Gürcüstan parlamentində Muxtarlı-aksiyası, 06iyun2017
Gürcüstan parlamentində Muxtarlı-aksiyası, 06iyun2017

Azərbaycanlı jurnalist Əfqan Muxtarlının həbsi bu gün, iyunun 28-də Gürcüstan parlamentində müzakirə mövzularından biri olub.

“Turan” Agentliyinin xəbərinə görə, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasından olan bir qrup millət vəkili azərbaycanlı jurnalistin işi üzrə araşdırmalardan bəhs ediblər. Deputatların bəziləri parlament istintaq komissiyasının yaradılmasına tərəfdar olduqlarını bildiriblər.

Xəbərdə bildirilir ki, “Gürcü Arzusu” partiyasından olan deputat Giorgi Liluashvili də bununla bağlı açıqlama verib.

Buna da bax:​ Leyla Mustafayeva: 'Azərbaycana gəlməyim əllərinə kart verəcək'

Gürcüstan parlamentinin regional siyasət və özünüidarəetmə komitəsinin sədri Giorgi Liluashvili deyib ki, bu məsələyə aydınlıq gətirilməlidir.

“Bu məsələdə kimlərin iştirak etdiyi araşdırılmalıdır. Bizim heyətdə heç kim xüsusi komissiyanın yaradılmasına qarşı deyil. Mənim belə bir komissiyanın yaradılmasını dəstəkləməyim istisna deyil. Aydındır ki, Gürcüstanın xüsusi xidmət orqanları bu işdə iştirak etməyib. Ancaq bu, araşdırılmalıdır”, – deputat deyib.

“Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze də deputat istintaq komissiyasının yaradılması təklifinə ilıq yanaşdığını açıqlayıb.

Buna da bax:​ Gürcüstan prezidenti Muxtarlının xanımını qəbul edib

“Bu məsələ deputatlar arasında müzakirə edildi. “Gürcü Arzusu” fraksiyasının bir qismi hazırkı mərhələdə rəsmi istintaqın yekunlaşmasını gözləmək lazım olduğunu düşünərək istintaq komissiyası yaradılması təklifinə qarşı çıxır. Ancaq rəsmi istintaq Əfqan Muxtarlının işi ilə bağlı qaneedici nəticəyə gəlməzsə, biz bütün suallara işıq salacaq istintaq komissiyası yaratmaq məcburiyyətində qalacağıq”, – deyə Mamuka Mdinaradze bildirib.

Hakim partiya deputatları daxilində istintaq komissiyası yaradılması ideyasını dəstəkləyənlər olsa da, onların çoxlu hüquq mühafizə qurumlarının araşdırmalarının yekunlaşmasını gözləməyin doğru olduğunu düşünür.

Parlamentin insan haqları komitəsinin sədri Sophio Kiladze-nin fikrincə, istintaqın ağlabatan müddətdə davam etməsini gözləmək lazımdır.

Dünən, iyunun 27-də Gürcüstan prezidenti Giorgi Margvelashvili həbsdə olan jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayevanı qəbul edib.

Buna da bax: Gürcüstan Muxtarlının cinayət işi materiallarını istəyir

Gürcüstan prezidenti Giorgi Margvelashvili Ə.Muxtarlı həbs olunduğu günlərdə mətbuata açıqlamasında jurnalistlə bağlı baş verənləri ölkəsinin suverenliyi və təhlükəsizliyinə təhdid adlandırmışdı. Baş nazir və daxili işlər naziri isə bu məsələdə Gürcüstan hüquq-mühafizə orqanlarının iştirakını istisna edərək, istintaqın başa çatmasını gözləməyi məsləhət bilmişdi.

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhədə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Buna da bax:​ Müstəntiq: 'Əfqan Muxtarlı həbsdən buraxılacağı halda...'

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Üstəlik, onların bildirməsinə görə, jurnalist saxlanarkən hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

XS
SM
MD
LG