Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:20

Faiq Mustafa: 'Çöldə namaz qılmaq peyğəmbərin yoludur' [video]


Hökumət məsciddən kənarda namaz qılmağı niyə qadağan edib?
Gözlə

No media source currently available

0:00 0:14:32 0:00

Hökumət məsciddən kənarda namaz qılmağı niyə qadağan edib?

Bu il Azərbaycanda Qurban bayramı necə keçdi? Müsəlmanlar öz inanclarına uyğun bayram edə bildilərmi?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bir gün əvvəl xəbərdarlıq etmişdi ki, bayram namazının məscidlərdən, ibadətgahlardan kənarda qılınmasına imkan verilməyəcək.

Buna da bax:​ Dünya müsəlmanları Qurban bayramını qeyd edir

Komitənin sədr müavini Səyavuş Heydərov avqustun 31-də “Trend”ə müsahibəsində demişdi ki, əvvəllər bayram namazını insanların qrup şəklində məscidlərdən kənarda qılmağa cəhd etməsi hallarına rast gəlinib, həmin şəxslər məsciddən kənarda, müəyyən məkanlarda, meşələrdə, çay qıraqlarında dini ayinlərin icrasını həyata keçirməyə cəhd ediblər, ancaq hüquq mühafizə orqanları belə halların qarşısını alıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Komitədən bildirmişdilər ki, əgər bu yenə baş verərsə, qarşısı alınacaq. Kütləvi şəkildə dini ayinlərin icrası ancaq rəsmi qeydiyyatı olan ibadətgahlarda həyata keçirilməlidir. Bu, qanunun tələbidir.

Buna da bax:​ Faiq Mustafa: 'Qafqaz Müsəlmanları İdarəsi kimdir ki?'

Biz belə halların baş verib-verməməsi haqqında Dini Komitədən cavab ala bilmədik, telefon zənglərimizə cavab verən olmadı.

Ləzgi məscidi kimi tanınan Aşurbəy məscidi icmasının rəhbəri Faiq Mustafa deyir ki, onlar “Qala” məscidinə yığışıb sakit şəkildə bayram namazlarını qılıblar, narazı deyillər, bununla belə Faiq Mustafa deyir ki, çöldə namaz qılmaq islam peyğəmbərinin yoludur:

Faiq Mustafa
Faiq Mustafa

“Çöldə-bayırda bayram namazı qılmaq peyğəmbər (səv) sünnəsindən gəlir. O, camaatı yığardı, bayram vaxtı namazları çöllükdə qılardı. Təəssüf ki, bizdə buna meylli insanlar azdır, amma belə olsa, daha gözəl olardı. Gözəl olardı ki, məsciddə olanlar gedərdi çölə namaz qılmağa - bacılar ayrı, qardaşlar ayrı. O olardı lap gözəl”.

Buna da bax:​ Yeni texnologiyalar Qurban bayramını necə dəyişir

Faiq Mustafa deyir ki, Bakıda bir neçə məscid var, hamıya çatmır. Faiq Mustafa əlavə edir ki, bəzən dindarlar tək-tək küçədə namaz qılanda cərimələnirlər, özlərinə görə, bu yaxşı hal deyil.

Dini etiqad azadlığı” haqqında qanun keçən ilin payızında dəyişdirilib. Məsciddən kənarda namaz qılmanın məhdudlaşdırılması ilə yanaşı, evlərdə dini ayinlərin keçirilməsi də qadağan olunub.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədli deyir ki, dindarlara yalnız dövlət qeydiyyatından keçmiş məscidlərdə qılmasının tələb edilməsi insan haqlarına müdaxilədir.

Buna da bax: Moskvada Qurban Bayramına 200 min adam gəlib (fotolar)

Anar Məmmədli
Anar Məmmədli

Anar Məmmədli hesab edir ki, belə müdaxilə ilə hakimiyyət dindarları nəzarətdə saxlamaq istəyir:

"Bu imkanlar həm də sərbəst toplaşmaq azadlığına müdaxilədir. Son iki ildə dindarlara təzyiqlər artıb. Amma Azərbaycan ictimaiyyətə məlum deyil ki, bu təzyiqlər niyə edirlər".

Biz Bakı sakinlərindən soruşmuşuq ki, bayram namazının məscidlərdən kənarda qılınması ilə bağlı qadağa haqqında nə düşünürsüz.

Məsciddən kənarda namaz qadağasına necə baxırsız?
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Dini Komitənin sədr müavini Səyavuş Heydərov keçən ilin iyulunda Komitənin internet saytına müsahibəsində deyib ki, bəzi radikal qruplarda evlərdə dini ayinlər keçirir, qadağa buna görədir.

Buna da bax:​ Dağıstanda bayramın sentyabrın 1-nə düşməsi qalmaqal yaradıb

O deyib ki, məsciddən kənar toplananlar isə yad təsirlərə, yad ideologiyanın təsirinə düşə bilərlər. Məqsəd bunların qarşısını almaqdır.

Buna da bax:

Bakıda bayram namazı qılınıb
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

ABŞ Dövlət Departamentinin din azadlığı ilə bağlı hesabatına deyilir ki, ötən il Azərbaycanda dini azadlıqlar sahəsində vəziyyət pisləşib və hökumət müstəqil dini fəaliyyətə qarşı repressiyaları gücləndirib, Azərbaycan hökuməti bununla razılaşmayıb.

XS
SM
MD
LG