Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:07

Nardaran işi: Bu dəfə məhkəməni məhkumların yaxınları da tərk etdi...


Nardaran məhbusları
Nardaran məhbusları

“Nardaran işi”ndə təqsirləndirilən şəxslər vəkillərindən imtina etsələr də, Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası imtina ilə razılaşmayıb və vəkilləri onların müdafiəsini istəməyən şəxslərin məhkəməsində iştiraka məcbur edib.

"Müsəlman Birliyi Hərəkatı"nın sədri Taleh Bağırov və onunla birlikdə mühakimə olunan şəxslərin vəkilləri "Nardaran işi" məhkəməsində girov saxlandıqlarını deyirlər.

Məsələ burasındadır ki, təqsirləndirilən şəxslər bu vəkillərdən imtina etsələr də, Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası imtina ilə razılaşmır və vəkilləri onların müdafiəsini istəməyən şəxslərin məhkəməsində iştiraka məcbur edir.

Buna da bax:​ Nardaran işi: 'Məni heç İlham Əliyev oturda bilməyib, sən oturdacaqsan?' [yenilənib]

Taleh Bağırov və başqaları öz məhkəmələrinə buraxılmır

Dekabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin işi üzrə məhkəmə onların iştirakı olmadan keçirilib. Təqsirləndirilənlərin məhkəməyə gətirilməməsinə etiraz olaraq, prosesi izləməyə gələn yaxınları da zalı tərk ediblər.

Hakim cinayət işindəki sənədlərin tədqiq mərhələsinin başlandığını bildirərək, baxış protokollarını, ekspert rəylərini, raportları və s. sənədləri açıqlayıb.

Vəkil Yalçın İmanov sənədlərin tədqiqi mərhələsinin bu şəkildə aparılmasına etiraz edərək deyib ki, Cinayət Prosessual Məcəllədə hər sənədin elanından sonra onun tədqiqi nəzərdə tutulur: "İş materiallarını cild-cild oxumaqla tədqiq olmur. Hər bir sənəd tədqiq olunmalı, tərəflər ona münasibət bildirməlidir. Bu, bizim mövqeyimiz deyil, qanunun tələbidir. Siz bizim bütün vəsatətləri rədd etdiniz, əcəb elədiniz. Heç olmasa, qanunun bu tələbinə əməl edin. İndi sizin elan etdiyiniz protokollar bu cinayət işinin qan damarıdır. Onları oxuyub keçməklə iş bitmir".

Buna da bax:​ Nardaran ağsaqqalının istintaqı yekunlaşıb

Hakim fikrini dəyişməyərək, bütün sənədlərin açıqlanacağını, hansı lazım gəlsə, yenidən ona qayıdıb tədqiq ediləcəyini bildirib.

"Adamlar bizdən imtina edirsə..."

Vəkillər bu duruma görə, hakim Əlövsət Abbasova etiraz vermək istədiklərini söylədiklərindən, məhkəməyə qısa ara verilib.

Fasilədə vəkillər təqsirləndirilən şəxslərlə görüşüblər. Onlar təcridxanadan məhkəmə binasına gətirilsələr də, işə baxılan zala buraxılmayıblar.

Fasilədən sonra məlum olub ki, Taleh Bağırov və Fuad Qəhrəmanlı da daxil, Nardaran işi üzrə təqsirləndirilən şəxslər vəkillərindən imtina edirlər.

Hakimlər kollegiyası vəkillərdən imtinanın qəbul olunmaması haqda qərar çıxararaq, məhkəməni davam etdirib.

Buna da bax:​ 'Nardaran işi'ndə yenilik: Dustaqlar vəkilsiz qaldılar

Vəkillər bu qərarın qanunsuz olduğunu bildiriblər.

"Təqsirləndirilən şəxslər bizi istəmirlər, bizdən imtina ediblər. Siz deyirsiniz ki, otur, müdafiə elə. Biz necə oturaq?", - deyə vəkil Yalçın İmanov soruşub.

Vəkil Gülşən Salmanova da bu qərarla məhkəmənin onları pis vəziyyətdə qoyduğunu deyib: "Onlar bizdən imtina edibsə, biz onları necə müdafiə edək?".

Vəkil Nemət Kərimli bu qərarı onların "məhkəmədə girov saxlanılması" kimi qiymətləndirib: "Bu, görünməmiş hadisədir. Vəkilləri girov saxlamısınız. Biz indi məcbur qalmışıq ki, özümüzü müdafiə edək. Gülünc vəziyyətə düşmüşük".

Bundan sonra vəkillər əvvəlcə sədrlik edən hakim Əlövsət Abbasova, ardınca da bütün hakimlərə etiraz veriblər. Etirazlar baxılmamış saxlanılıb.

Hakim sənədlərin elanını davam etdirib.

Buna da bax:​ 'Nardaran işi': 'Bura məhkəmədi, yoxsa agentura yuvası?'

"Bu gün bizi girov saxladılar"

Vəkillər deyirlər ki, müdafiəçidən imtina təqsirləndirilən şəxsin hüququdur və hakimin bu imtinanı qəbul etməmək səlahiyyəti yoxdur.

"Biz bu gün Nardaran işi məhkəməsində girov saxlanıldıq. İştirak etməsək, hakim bizim cəzalandırmağımız üçün Vəkillər Kollegiyasına müraciət edəcək. Xidmətimizdən, müdafiəmizdən imtina edən adamların məhkəməsində zorla iştirak etmək bizim özümüzə hörmətsizlikdir. Hakim, faktik olaraq, qanunun tələbini kobud şəkildə pozdu. Təqsirləndirilən şəxslərin iştirakı olmadan bu cür ağır ittihamlarla məhkəmə keçirməklə yanaşı, həm də onların müdafiə hüququ pozuldu", - Nemət Kərimli AzadlıqRadiosu-na belə deyib.

Müdafiəçilər Məhkəmə-Hüquq Şurasına müraciət etmək niyyətindədirlər.

Məhkəmə dekabrın 19-da davam edəcək.

Buna da bax:

Vəkillər girov saxlandıqlarını deyirlər
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

XS
SM
MD
LG