Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:51

Məşədi Natiq: 'Qapalı məhkəmədə olanları yaya bilmərəm...'


Natiq Kərimov
Natiq Kərimov

2015-ci ilin sonunda - Nardaran hadisələrindən az sonra Nardaran Ağsaqqallar Şurasının dövlətə xəyanətdə suçlanıb həbs olunan sədri Natiq Kərimov günahsız olduğunu deyir (Nardaranda onu daha çox Məşədi Natiq kimi tanıyırlar). O öz məhkəməsində belə söyləyib.

Məşədi Natiq Kərimov və Azərbaycan İslam Partiyası sədrinin müavini İnqilab Əhədov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıblar. Hakimlər kollegiyasına Əhməd Quliyev sədrlik edir. Cinayət işində dövlət sirri sayılan məlumatların olması əsas gətirilərək, məhkəmə qapalı aparılır.

Buna da bax:​ Məşədi Natiq yenə məhkəmə önünə çıxarılır

“Bircə onu deyə bilərəm ki...”

Fevralın 2-də keçirilən məhkəmədə prokuror ittiham aktını açıqlayıb. İttihama görə, xarici xüsusi xidmət orqanları Natiq Kərimovİnqilab Əhədovu məxfi əməkdaşlığa cəlb ediblər. Onların tələb olunan məlumatları çatdırması casusluq kimi dəyərləndirilib.

Məhkəməyə ifadəsində Natiq Kərimov ittihamı qəbul etməyərək, günahsız olduğunu və ittiham aktında yazılanları yalan saydığını söyləyib.

Həbsdə olan İnqilab Əhmədov martın 2-də keçiriləcək növbəti məhkəmədə ifadə verəcək. Natiq Kərimov 2015-ci ilin dekabrında həbs olunsa da, ötən il yanvarın 19-da ev dustaqlığına buraxılıb.

Buna da bax: 'Bir gün Əliyev hakimiyyətinə xidmət edib çöldə olmaqdansa...'

"Mən qapalı məhkəmədə olanları yaya bilmərəm. Bircə onu deyə bilərəm ki, günahım yoxdur. Məhkəmədə də dedim", - Məşədi Natiq məhkəmədən sonra jurnalistlərə açıqlamasında belə deyib.

Natiq Kərimov və İnqilab Əhədova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Məhkəmədən fərqli olaraq, istintaqa ifadələrində onlar özlərini təqsirli biliblər.

XS
SM
MD
LG