Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:40

Neftin bareli 175 dollara qalxa bilər


Arxiv fotosu
Arxiv fotosu

“Goldman Sachs” hesab edir ki, bu ilin üçüncü rübündə neftin barelinin orta qiyməti 140 dollar olacaq

JPMorgan-ın baş icraçı direktoru Ceymi Dimon düşünür ki, bu ilin sonuna neftin bareli 175 dollara yüksələ bilər.

“Goldman Sachs” hesab edir ki, bu ilin üçüncü rübündə neftin bareli ortalama 140 dollar olacaq.

Proqnozlar

“The Financial Times” qəzeti maliyyə böhranı ərəfəsində neftin barelinin 147 dollara çatdığını yada salır, sonra isə durum pisləşdi. 2008-ci ildə Milad ərəfəsində neftin bareli 40 dollara düşmüşdü. Ancaq qəzet bu dəfə nikbin proqnozlara yaxşı əsasların olduğunu qeyd edir.

Əvvəla, Rusiyanın Avropaya qaz təchizatını sıxmaqla başlayan enerji böhranı hələ bitməyib. Əsas məsələ isə yetərincə neftin olmaması, üstəlik, sanksiyalar altında olan Rusiyanın bazara yolunun getdikcə çətinləşməsidir.

Avropa İttifaqı Rusiya neftinin dənizlə nəqlinə embarqo qoyub. Avropada bir çox alıcı artıq Rusiya neftindən imtina etdiyindən Hindistanla Çin nefti böyük xeyli endirimlə alıb yığırlar.

Daha bir problem isə Aİ və Böyük Britaniyada Rusiya nefti daşıyan gəmilərin sığortasına gözlənən qadağadır. Bu halda Rusiya ənənəvi tanker bazarından çıxarılacaq və nefti daşımaq variantları xeyli azalmış olacaq.

Günə 2 milyon barel az neft

Xammal strategiki Rori Conston deyir ki, bir çox böyük limanlar sadəcə qorumasız və sığortasız tankerləri qəbul etməyəcəklər. Onun hesablamasına görə, ilin sonunadək Rusiyanın neft hasilatı 20 faizədək azalacaq, başqa sözlə günə 2 milyon barel.

Rusiyada hasilatın həcmi daha da azala bilər. Beynəlxalq Enerji Agentliyi günə 3 milyon barel azalma proqnozlaşdırır ki, bu az qala, Küveytin tam hasilatına bərabərdir.

“Financial Times” bu potensial azalmanı əvəzləməyin asan olmayacağını yazır. Qərb hökumətləri artıq strateji ehtiyatlara üz tutublar, Ukraynanın işğalı başlayandan bazara gündə 1 milyon barelədək neft çıxarılır. Bu isə qiymət artımını azacıq səngidə bilib, əks proses başlamayıb.

Bu arada Çin yenidən açılır, adamlar səyahətə başlayırlar, tələb yüksəlir. Bütün bu faktorlar isə neftin daha da bahalaşacağına işarə edir.

XS
SM
MD
LG