Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:44

Neftin qiymətini Rusiya endirib? (VIDEO)


Prezident Vladimir Putin (solda) və Rosneftin rəhbəri Igor Sechin
Prezident Vladimir Putin (solda) və Rosneftin rəhbəri Igor Sechin

Martın 9-da Brent markasından olan neftin qiyməti birjalarda birdən-birə 30 faizdən də çox düşüb.

Beləliklə Brent nefti 14 dollar ucuzlaşıb.

WTI ABŞ neftinin qiyməti isə 27 faiz düşərək bir barrel üçün 30,27 dollar olub.

CNN xəbər verir ki, bu, 1991-cı ildə ABŞ “Səhrəda fırtına” əməliyyatına başlayandan bəri ən kəskin qiymət düşməsidir.

Neftin kəskin ucuzlaşması ilə ABŞ dollarının və avronun Rusiya rubluna nisbətdə qiyməti qalxıb.

İndi 1 dollar 73,29 rubla bərabərdir. Bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir.

1 avronun qiyməti isə 83,79 rubla yüksəlib.

Rusiya Maliyyə Nazirliyi bildirib ki, neft qiymətlərinin düşməsi ilə bağlı büdcə gəlirlərinin azalmasını kompensasiya etmək məqsədilə bazara valyuta çıxaracaq.

“Mənasız alyans”

Dünya bazarında neftin kəskin düşməsinə səbəb hasilatın ixtisarı üçün yaradılmış OPEC+ alyansının üzvləri arasında danışıqların iflası olub.

Bundan əvvəl Səudiyyə başda olmaqla OPEC və Rusiya arasında əldə olunmuş razılaşmaya görə hasilatın ixtisarı hesabına neftin qiyməti yüksək həddə saxlanırdı.

Bu dəfə Rusiya OPEC-lə bu sövdələşmədən imtina edib.

Prezident Vladimir Putin deyib ki, neftin hazırkı qiyməti “məqbuldur”, Rosneft şirkəti isə bildirib ki, OPEC+ sövdələşməsinin “heç bir mənası yox idi”.

Neftin qiyməti düşür. Azərbaycanda devalvasiya olacaqmı?
Gözlə

No media source currently available

0:00 0:10:00 0:00

Səudiyyə öz neftini daha da ucuzlaşdırır

OPEC+ razılaşmasına görə hazırda qüvvədə olan günə 1, 7 milyon barrel ixtisar martın sonunadək qüvvədə olacaq.

Aprelin 1-dən sonra isə bu sövdələşmənin iştirakçısı olan ölkələrin heç bir öhdəliyi olmayacaq.

Bundan başqa Səudiyyə Ərəbistanı bildirib ki, öz müştərilərinə nefti güzəştli qiymətlərlə satacaq.

Bloomberg agentliyinin məlumatına görə Saudi Aramco dövlət neft şirkətinin apreldə hasil edəcəyi neftin qiyməti 4-6 dollar ucuz olacaq.

Səudiyyə Amerika müştəriləri üçün bundan da ucuz qiymətlərin təklif olunacağını bildirir.

“İndi biz onlara göstərərik”

CurrentTime saytı yazır ki, ekspertlər Səudiyyənin Rusiyanın sövdələşmədən çıxmasının ardınca atdığı bu addımı neft bazarında ticarət müharibəsinin başlanğıcı adlandırıblar.

The Bell və Bloomberg bildirirlər ki, Rusiyanın OPEC-lə sazişdən çıxmasının təşəbbüskarı Rosneftin rəhbəri Igor Sechin olub.

The Bell saytının müsahibinin dediyinə görə, Sechin Putini Amerikanın şist neftinə tələbatın azalacağı arqumenti ilə inandırıb.

Həmin mənbənin bildirdiyinə görə Sechin deyib:

"İndi biz onlara göstərərik. Onlar indiki qiymətlərlə öz şist neftlərinə investisiya qoyurlar. Amma şist neftini 40 dollardan aşağı qiymətə satmaq heç sərfəli olmayacaq. Rosneft isə belə qiymət enişinə tab gətirə bilər”.

XS
SM
MD
LG