Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:58

Paşinyan Qarabağdakı vəziyyətin ‘böhranlı’ olduğunu deyir


Nikol Paşinyan AzadlıqRadiosuna müsahibə verir
Nikol Paşinyan AzadlıqRadiosuna müsahibə verir

Ermənistanın baş naziri Nikol Paşinyan AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna müsahibəsində ölkədə və Dağlıq Qarabağda yaranmış vəziyyət barədə suallara cavab verib.

O dekabrın 16-da verdiyi müsahibədə iddia edib ki, Qarabağda hətta Rusiya sülhməramlıları da mühasirəyə düşüblər.

Paşinyan bildirib ki, orada coğrafi relyeflə bağlı rabitə problemi var, həm də eyni problemi sülhməramlılar da yaşayır.

O Qarabağda yaranmış vəziyyəti “böhranlı” adlandırıb.

Hadrut və Şuşa istiqamətində erməni hərbçilərin əsir alınmasına dair xəbərlərlə bağlı suala cavab verərkən baş nazir deyib ki, onun da bu barədə məlumatı var və dediyi kimi bu da həmin o texniki problemlərlə əlaqədardır.

Məsuliyyət daşıyır, amma günahkar deyil

Azatutyun müxbiri Nikol Paşinyandan soruşub: Belə bir situasiyada baş nazirin dəyişilməsi məntiqli olmazdımı?

Paşinyan suala cavab olaraq deyib:

“Məsələ baş nazirin vəzifəsindən getməsində və getməməsində deyil. Sual budur ki, Ermənistan Respublikasının baş naziri kim olacaq. Bunu xalq öz seçimi ilə etməlidir. Növbədənkənar seçki təkcə mənin iradəm və qərarımla keçirilə bilməz. Bu məsələ barəsində razılaşma əldə olunmalıdır”.

Müxbirin “siz özünüzdən başqa hamını günahkar sayırsınız, amma siz ölkənin rəhbəri və məsul şəxsi sayılırsınız” sualına cavabında Paşinyan deyib ki, “o özünü bir nömrəli məsul hesab edir, amma bir nömrəli günahkar hesab etmir”.

“Situasiya elə bir nöqtəyə çatdı ki, müharibə qaçılmaz oldu”

Müxbir bu ilin iyulunda Tavuş rayoununda Ermənistan tərəfinin vəziyyəti niyə kəskinləşdirdiyi barədə sual da verib:

“Siz niyə bu kiçik uğuru Sərdarabadda əhəmiyyətli nailiyyət kimi təqdim etdiniz? Niyə sizin müdafiə naziriniz “yeni müharibə, yeni ərazilər” formulundan söz açdı? Silahlı qüvvələrin baş qərargah rəisi sizə bizim müharibəyə hazır olmadığımızı deməsinə baxmayaraq bu addımları atdınız?”

“Müharibədən yayınmaq, əslində Qarabağın gələcək statusundan imtina demək idi. Situasiya elə bir nöqtəyə çatdı ki, müharibə qaçılmaz oldu. Biz də təhlil edib gördük ki, uduzmamaq mümkündür. Uduzmamaq mümkün idisə, deməli təslim olmağa dəyməzdi”.

Qeyd edək ki, noyabrın 3-də Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli atəşkəs razılaşmasından sonra Ermənistanda demək olar, hər gün baş nazir Nikol Paşinyanın istefası tələbilə aksiyalar keçirilir.

Müxalifət onu gizlicə təslimçilik aktına imza atmaqda ittiham edir.

Qarabağdan gedən ermənilər niyə qayıtmaq istəmirlər -Ermənistandan reportaj
Gözlə

No media source currently available

0:00 0:10:00 0:00

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG