Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:03

Qəzet ‘Putinin aşpazını’ cinayətdə ittiham edib


Yevgeny Prigozhin (solda) prezident Putinin xarici alimlərə verdiyi ziyafətdə xidmət göstərərkən
Yevgeny Prigozhin (solda) prezident Putinin xarici alimlərə verdiyi ziyafətdə xidmət göstərərkən

Rusiyanın Novaya Gazeta müstəqil qəzeti Rusiya biznesmeni Yevgeny Prigozhin-in təhlükəsizlik üzrə müşaviri olduğunu iddia etdiyi şəxsə istinadən yazıb ki, “Putinin aşpazı” kimi tanınan biznesmen öz opponentlərinə qarşı bir neçə hücum təşkil edib və bunlardan ən azı biri qətllə nəticələnib.

Vladimir Putinin ziyafət və qəbullarında iaşə xidmətləri göstərən Prigozhin-ə qarşıABŞ müstəntiqləri tərəfindən cinayət işi qaldırılıb. Onlar biznesmeni 2016-cı il ABŞ seçkisinə müdaxilədə ittiham edirlər.

ABŞ Prigozhin-i habelə Ukraynanın şərqindəki moskvayönlü separatçılara dəstəkdə günahlandırır.

Novaya Gazeta-nın müxbiri Denis Korotkovun Prigozhin barədə məqaləsi oktyabrın 22-də dərc olunub. Bundan iki həftə əvvəl həmin jurnalistin evinə naməlum şəxslər tərəfindən qəbristanlıq əklili göndərilmiş və ona yazılmış kağızda jurnalist “öz ölkəsinə xəyanətdə” ittiham olunmuşdu.

Naməlum şəxslər habelə ötən həftə qəzetin redaksiyasına içində qoyun başı və qərənfillər olan səbət göndərmişdilər. Səbətin içindəki kağızda “Novaya Gazeta-nın redaktoruna və Korotkova” yazılmışdı.

2000-ci ildən bəri 5 əməkdaşı peşə fəaliyyəti ilə bağlı öldürülmüş Novaya Gazeta yazır ki, Rusiya hakimiyyəti Korotkov-a qarşı təhdid və böhtan kampaniyası aparır. Qəzet yazır ki, hakimiyyət Korotkovu Suriyadakı Rusiya pilotları barədə məlumatları dərc etməklə hərbçilərin həyatını təhlükəyə atmaqda günahlandırır.

Jurnalist Denis Korotkov
Jurnalist Denis Korotkov

Korotkov-un oktyabrın 22-də dərc olunmuş məqaləsi Prigozhin-in mühafizəsində çalışdığını iddia edən keçmiş məhkum Valery Amelchenko ilə bir neçə müsahibə üzərində qurulub.

Korotkov Amelchenko-ya istinadən yazır ki, o şəxsən özü Prigozhin-in bir neçə opponentinə qarşı hücumlar təşkil edib və bu hücumlardan biri zamanı Rusiyanın şimal-qərbində yaşayan bir bloqqer qətlə yetirilib.

Qəzetin iddiasına görə Amelchenko müxbirə deyib ki, 2017-ci ildə Prigozhin-in bir neçə adamı Suriyaya səfər edərək orada prezident Assad-a dəstək verməyənlərin zəhərlənməsi üçün hansısa kimyəvi maddəni sınaqdan çıxarıb. Novaya Gazeta bu barədə məlumatı daha iki mənbədən aldığını yazır.

Amelchenko oktyabrın 2-də Korotkov-la görüşəndən az sonra yoxa çıxıb. Jurnalist yazır ki, o izləndiyini deyirdi.

Korotkov bunu da yazır ki, ona Amelchenko-nun telefonundan zəng gəlib və o daha sonra Amelchenko-nun evinə gedəndə orada iki mobil telefon və onun ayaqqabılarından başqa heç nə tapmayıb.

Amelchenko hazırda Rusiya polisinin itkinlər siyahısındadır.

Pirgozhin-in Sankt Peterburqdakı İnternet Araşdırmaları Mərkəzini maliyyələşdirdiyi düşünülür. Bu mərkəzə həm də Kremlin “troll fabriki” deyirlər.

ABŞ 2016-cı ilin dekabrından Prigozhin-i sanksiya siyahısına salıb.

Prigozhin-in cangüdənlərindən bir başqası – Oleg Simonov müxalifət lideri Aleksei Navalny-nın vəkilinin ərinə hücum etməkdə və ona zəhər iynəsi vurmaqda şübhəli bilinir.

Simonov 2017-ci ildə müəmmalı şəraitdə ölüb.

Rusiya və Qərb mediası habelə Prigozhin-in adını özəl hərbi şirkət olan Vaqner firması ilə bağlayır. Bu firmanın Suriya və şərqi Ukraynada döyüşmək üçün muzdlu əsgərlər hazırladığı bildirilir.

Putin-in sözçüsü Dmitry Peskov oktyabrın 22-də Prigozhin haqqında məqaləni gördüyünü, lakin orada yazılanların “səlahiyyətli orqanlar” tərəfindən təsdiqlənmədiyini bildirib.

XS
SM
MD
LG