Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 15:35

Musiqili Teatr Təbriz teatrı ilə birlikdə Novruz tamaşası hazırlayıb


“Bəxtəvər” şousunun afişası.
“Bəxtəvər” şousunun afişası.

Martın 21-də saat 18.00-də Dövlət Musiqili Teatrı Novruz Bayramına həsr olunan “Bəxtəvər” şousunu göstərəcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosu-na verilən xəbərə görə, səhnə əsəri Dövlət Musiqili Teatrı və İranda yaşayan azərbaycanlıların sevimli gülüş ustası Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı ilə birlikdə hazırlanıb.

Novruz şənlikləri ilə bağlı beynəlxalq layihə kimi hazırlanan əsərin müəllifi və baş rolun ifaçısı Babək Nəhreyn, quruluşçu rejissoru İran İslam Respublikasının nüfuzlu teatr rejissorlarından biri olan Yaqub Sadiqcamalidir.

Buna da bax:​ Novruz Festivalı 1 həftə davam edəcək

Layihənin ideya müəllifi və bədii rəhbəri Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev, əlaqələndirici İran İslam Respublikası Mədəniyyət Nazirliyi Mərkəzi Teatrlar İdarəsinin koordinatoru Atabəy Nadiridir.

Səhnə əsərində rolları Babək Nəhreyn, Camal Sadıqnecat, Bəhmən Taqipur, Cavad Əkbəri (Təbriz Teatrı), Əzizağa Əzizov, Nahidə Orucova, Şövqi Hüseynov, Əkbər Əlizadə, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Ülviyyə Əliyeva və Elxan İsmayılov ( Dövlət Musiqili Teatrı) ifa edirlər.

Buna da bax:​ Azərbaycan aktyorları İranda mükafat alıblar

Tamaşanın quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır.

XS
SM
MD
LG