Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:47

300 min manat 'paketi' bir aya xərcləyənlər [video]


Paket maaşlar kəsilir, məmurları nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Paket maaşlar kəsilir, məmurları nə gözləyir?

Bir ayda nazirin 300 min manat, onun müavinlərinin isə 30 min manat "paket" maaş almaları iddiası ilə bağlı xəbərlər yerli medianı zəbt edib. Hətta "300 min manatı bir aya necə xərcləmək olar?" – sualının cavabını axtaran sosial şəbəkə istifadəçiləri də var.

Cəmiyyəti şoka salan ifadələr

Söhbət Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbər vəzifəli şəxsləri barəsində cinayət işinin materiallarındakı ifadələrdən gedir. Amma bu ifadələrin istintaqa hansı şəraitdə verilməsi, ümumiyyətlə həmin şəxslər tərəfindən verilib, verilməməsi məhkəmədə məlum olacaq.

Buna da bax:​ 'Azərbaycanda sistemin özü `paket' üzərində qurulub'

Prezident də paket maaşlardan danışıb

İndiyəcən bu haqda çox yazılıb – bildirilir ki, Azərbaycanın az qala bütün dövlət və özəl müəssisələrdə rəsmi maaşdan əlavə heç bir yerdə qeydiyyata düşməyən, zərfdə verilən maaşlar da var.

Hətta prezident də paket maaşlardan danışıb. İlham Əliyev çıxışında iqtisadiyyatın müxtəlif sektorlarında işləyənlərin bir hissəsinin qeyri-qanuni işlədiyini və onların maaşlarının qanuni şəkildə almadığını, beləliklə, vergilərdən yayındıqlarını söyləyib.

Böhranın "paket maaş"lara təsiri

İqtisadçı Rəşad Həsənov bildirir ki, Azərbaycanda böhrandan sonra paket maaşlar kəsilib:

"Böhran yeni başlayan vaxtlarda bütün istiqamətlərdə "paket" maaşlar kəsilmişdi. Lakin sonradan bəzi istiqamətlərdə bərpa olundu. Amma özəlliklə, dövlət qurumlarında çalışan sıravi işçilərin paket maaşı kəsilib. Amma yüksək ranqlı məmurlara çatan pulların həcmində azalma olsa da, "paket" maaşları tam kəsilməyib".

Buna da bax:​ '153 milyon iki nəfərin rəhbərliyilə mənimsənilib'

"Paket maaş”lar olmasaydı...

Mətbuatın yazdığına görə, "paket maaş”lar 200 manatdan 30 min manata qədər dəyişə bilir, yüksək vəzifələrinin çatan pul isə yüz min dollarla ölçülür. Müstəqil iqtisadçıların hesablamalarına görə, paket maaşlar olmasaydı, əməkhaqlarından vergi ödəmələri azı 60 faiz arta bilərdi.

Ayda 50-65 min arası şəxsin paket maaş aldığı haqda məlumatlar var. Paket maaşların, özəlliklə, vergi, gömrük, fövqəladə hallar, polis, neft şirkəti və digər qurumlarda yayıldığı bildirilir. Bəs, bu qədər şəxsin "paket maaş"ının kəsilməsi hansı nəticələr verə bilər?

İldə 1 milyard manatlıq "paket maaş"

Azərbaycanda 200 manatdan 30 min manata qədər, hətta yüksək vəzifəlilər üçün yüz min manatlıq "paket maaş"larının olması deyilir.

Buna da bax: 100 milyonluq layihə icra edir, amma 2-3 işçisi var

Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, "paket maaş"ların kəsilməsi işin keyfiyyətini sala, idarəetmədən narazılığı artıra bilər. Bundan başqa korrupsiya daha geniş yayıla bilər:

"Mən bir dəfə zarafatla dostlara dedim ki, bir rayonun icra başçısı ayda 800 manat, bir qəzetin köşə yazarı isə min manat maaş alır. Görəsən, icra başçıları niyə köşə yazarı olmur? Bu gün dövlət müəssisələrində çalışanların maaşları çox aşağıdır. Hətta orta aylıq əməkhaqqının miqdarından daha aşağı. 280-300 manat. Bu vəsaitlə heç bir dövlət qulluğunda çalışan nə dolana bilər, nə də ailəsini saxlaya bilər. Təbii ki, bu zaman onlar başqa vasitələr axtarmağa, rüşvət mexanizminə baş vurmağa can atacaqlar. Bunların da qarşısı kəsiləcəksə, onlar işdən çıxmağı seçəcəklər".

Gəlirlərinin azı yarısını itirmək işin keyfiyyətinə necə təsir edir. Bakı sakinlərindən soruşmuşuq ki, dövlət idarələrində xidmətdən nə qədər razısız?

Dövlət idarələrində xidmətdən nə qədər razısız?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

Müstəqil iqtisadçılar araşdırıblar ki, ildə orta hesabla 1 milyard manatlıq "paket maaş" ödənib. Bu, yarım illik sosial müdafiə xərcləri, bir illik səhiyyə xərcinə bərabərdir.

XS
SM
MD
LG