Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:49

Pashinian-la Qarabağ separatçıları arasında ziddiyyət davam edir


Ermənistanın baş naziri Nikol Pashinian AzadlıqRadiosunun Erməni xidmətinin sualına cavab verərkən “xəyanətkar” qüvvələrin kim olduğunu izah edib.

Bundan əvvəl Pashinian “müəyyən xəyanətkar qüvvələri müharibə qızışdırmaq və əraziləri təhvil vermək və bunun təqsirini onun hökumətinin üstünə yıxmaq niyyətində” ittiham etmişdi.

Azatutyun yazır ki, Pashinian iyunun 5-də verdiyi müsahibədə faktiki olaraq Dağlıq Qarabağın hazırkı separatçı hakimiyyətini nəzərdə tutduğunu bildirib.

O deyib ki, “Qarabağın hərbi-siyasi rəhbərliyi” onunla görüşdə münaqişənin çözülməsinə dair onun baxışını qəbul etdiyini bildirsə də, sonradan onu torpaq verməkdə ittiham edir.

“Bu misli görünməmiş bir haldır. Dağlıq Qarabağ Respublikasının və Ermənistan Respublikasının hərbi siyasi rəhbərlikləri arasında bir neçə dəfə görüş olub və mən burada Qarabağ münaqişəsinin çözümünə dair öz baxışımı təqdim etmişəm. Mən onlardan mənim baxışımla razı olub-olmadıqlarını soruşmuşam. Məlum olub ki, hamı bu baxışla razıdır. Amma sonra bu masanın arxasında oturanlar xəlvətcə ara qızışdıranda və “bu hökumət torpaq satır” deyəndə, məndə belə bir sual baş qaldırır: mən bu adamla oturub tam məxfilik şəraitində söhbət etmişəm ki, məsələni belə görürəm, biz hansı addımlarla irəliyə doğru hərəkət etməliyik və amma bu adam sonra görüşdən çıxıb öz köməkçisinə deyir: “Get Facebook-da yaz ki, Pashinian torpaq satır”. O bunu nəyə görə edir? O 100 faiz nə baş verdiyini bilir. Onu da bilir ki, Ermənistanın başında onun “rəqs partnyoru” oturanda ona heç bir informasiya verilmirdi, onu nələrin baş verdiyi, nə düşündükləri və nə demək istədikləribarədə məlumatlandırmağı belə lazım bilmirdilər”.

Azatutyun yazır ki, baş nazir danışıqlar prosesinə aid sənədləri “Qarabağ hakimiyyətinə” şəxsən təqdim etdiyini deyib, halbuki Ermənistanın keçmiş başçısı, Pashinian-ın təbirincə deyilərsə, Bako Sahakianın “rəqs partnyoru” Qarabağ rəhbərliyinə danışıqlar prosesində nələrin olduğuna dair məlumat verməyi lazım bilməyib.

Azatutyun “rəqs partnyoru” ifadəsinə də aydınlıq gətirir. Son vaxtlar internetdə yayılmış videoda may ayında Qarabağa səfər etmiş keçmiş prezident Serzh Sarkisianın Dağlıq Qarabağın rəhbəri Bako Sahakian və Qarabağ siyasi elitasının başqa nümayəndələri ilə rəqs etdiyi görüntülənib.

Pashinian deyib:

“Mən onlara Qarabağa dair danışıqlar prosesi barədə sənədləri vermişəm. Mənə qədər onlar danışıqların nə barədə olduğunu bilmirdilər. Mən beş dəfə soruşmuşam: “Siz bilirdinizmi ki, danışıqlar nə barədə idi?” Onlar bunu bilmirdilər. Bundan sonra onlar və köməkçiləri sosial şəbəkələrə girib hətta şəxsən yazırlar: “Bu antimilli hakimiyyətdir”. Sual doğur: Onlar bunu niyə edirlər?”

Azatutyunun “o bu məsələni Qarabağın rəhbərliyi ilə müzakirə edibmi” sualına Pashinian “bu işçi məsələdir, gəlin, mən bu məsələyə toxunmayım” cavabını verib.

O deyib ki, “təhlükələr idarə olunur və kökü kəsiləcək”.

XS
SM
MD
LG