Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:22

Erməni politoloq: ‘Hətta Ermənistanın özü işğal oluna bilər’


Politoloqlar Stepan Qriqoryan (solda) və Benyamin Poqosyan (sağda)
Politoloqlar Stepan Qriqoryan (solda) və Benyamin Poqosyan (sağda)

Politoloq qeyd edib ki, hazırda regionun böyük oyunçuları arasında münasibətlər gərgin olaraq qalır və belə vəziyyətdə kiçik oyunçular böyük təhlükə ilə üzləşə bilər

“Azərbaycan Dağlıq Qarabağ və Ermənistana yeni hücumunu legitimləşdirmək istəyir”.

Bunu AzadlıqRadiosunun Erməni xidməti Azatutyun telekanalına müsahibəsində erməni politoloq Stepan Qriqoryan deyib.

Qriqoryanın fikrincə belə situasiyada hətta Ermənistan işğal oluna bilər.

Politoloq qeyd edib ki, hazırda regionun böyük oyunçuları arasında münasibətlər gərgin olaraq qalır və belə vəziyyətdə kiçik oyunçular böyük təhlükə ilə üzləşə bilər:

“Müharibədən sonra beynəlxalq birliyin həm müharibəyə, həm də Azərbaycana münasibəti kifayət qədər neqativ olduğuna görə, Azərbaycan hazırda onun üzərində işləyir ki, məhz Ermənistanın sülh istəmədiyini, sərhədin delimitasiya və demarkasiyasını istəmədiyini izah etsin. Odur ki, bu xoşumuza gəlsə də, gəlməsə də bu proseslərin içində olmalıyıq və heç bir halda “yox” deməməliyik”.

Başqa bir Ermənistan politoloqu – Benyamin Poqosyan isə deyib ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyini müstəqil şəkildə təmin etmək iqtidarında deyil.

Politoloqun sözlərinə görə əgər Dağlıq Qarabağda xarici qoşunlar olmasa, böyük bir ehtimalla Azərbaycan bu ərazini tutacaq.

İtirilən torpaqların qaytarılması barədə düşünməmək

Poqosyan deyib ki, Ermənistan hələ uzun müddət 2020-ci il Qarabağ müharibəsinin gedişində itirdiyi torpaqların bircə qarışını belə qaytarmaq barədə düşünməməlidir.

Politoloq bunu da deyib ki, azərbaycanlılar 2023-cü ildə Şuşa və Hadrutu məskunlaşdıracaqlar və Bakının planlarına görə yaxın 8-10 ildə keçmiş Dağlıq Qarabağın ərazisində azərbaycanlıların sayı 50 minə çatacaq.

Poqosyan vurğulayıb ki, bu, erməni tərəfi üçün nə qədər xoşagəlməz olsa da, Ermənistan bu prosesə mane ola bilməyəcək.

Poqosyanın fikrincə, belə şəraitdə erməni tərəfi diqqətini iki məsələdə cəmləşdiməlidir: Dağlıq Qarabağda xarici qoşunların daim olması üçün mümkün olan hər şeyi etmək və buradakı 3 min kvadrat kilometr ərazidə ermənilərin sayının azalmasına, heç olmasa sürətlə azalmasına yol verməmək:

“Diqqətimizi bu iki məsələdə cəmləşdirməliyik, qalanı bizim imkanımız xaricindədir”.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Ötən il də tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG