Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:49

İlham Əliyev: «BTC işə düşdükdən sonra Azərbaycana təzyiqlər daha da artacaq»


BTC kəmərinin tikintisi
BTC kəmərinin tikintisi
Prezident «Azərbaycan ərazi bütövlüyünün bərpası üçün hər bir varianta hazırdır» -deyir

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzrum qaz kəməri işə düşdükdən sonra, bəzi qüvvələr Azərbaycana təzyiqləri daha da artıracaqlar. Bunu prezident İlham Əliyev martın 27-də Mili Təhlükəsizlik Nazirliyinin Akademiyasına döyüş bayrağının təqdim edilmə mərasimində bildirdi.

Prezident əlavə edir ki, Azərbaycan bütün təzyiqlərə hazırdır və heç kimə ona hansısa göstərişlər, təlimatlar verməyə imkan verməyəcək.


Dağlıq Qarabağ probleminə də toxunan dövlət başçısı uzun illər aparılan sülh danışıqlarının uğurlu nəticə vermədiyini söylədi. Prezident bildirdi ki, Ermənistanla Azərbaycan arasında mövcud olan bu münaqişənin həllini siyasi, iqtisadi və hərbi amillər müəyyənləşdirəcək.


Həmçinin İlham Əliyev deyir ki, Azərbaycan sülh danışıqlarına sadiq qalacaq. Ancaq bununla yanaşı, öz ərazi bütövlüyünün bərpası üçün hər bir varianta da hazır olacaq.


XS
SM
MD
LG