Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:37

Ermənistan Putini həbs edə biləcək?


Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin KTMT-nin Yerevan sammitində
Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin KTMT-nin Yerevan sammitində

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiya liderinin Ermənistanda həbs olunması təhlükəsinə dair məsələyə şərh verib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Yerevan Haaqa Məhkəməsinin hüquqi əsası olan Roma statutunu ratifikasiya edə bilər.

Bu məhkəmə ötən həftə Rusiya prezidentinin həbsinə order verib.

Rusiyada teleqram kanallarından biri Peskovdan Ermənistanın bu barədə Rusiyaya izahat verib-vermədiyini soruşub.

Peskov suala belə cavab verib:

“Hələ ki yox. Bunu partnyorlarımızla müzakirə edəcəyik”.

Bundan əvvəl Ermənistanın Konstitusiya Məhkəməsi Roma statutunun ölkə Konstitusiyasına uyğunluğu barədə qərar qəbul edib.

Niyə məhz indi?

Azatutyun yazır ki, Azərbaycanla qarşıdurmada bu məhkəmə instansiyasından istifadə edəcəyinə ümid bəsləyən Ermənistan hakimiyyəti ötən ilin sonunda Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun təsdiqi üçün ölkənin Konstitusiya Məhkəməsinə müraciət edib.

Ermənistan bu bu statutu 1998-ci ildə imzalasa da, indiyədək ratifikasiya etməyib.

2004-cü ildə Ermənistanın Konstitusiya Məhkəməsi bu sənədə dair fikir söyləmiş və onu ölkə Konstitusiyasına zidd adlandırmışdı.

Azatutyun yazır ki, 2004-cü ildən bəri Ermənistan Konstitusiyasına iki dəfə düzəlişlər edilib və bununla bağlı Nikol Paşinyanın hökuməti bu məsələni yenidən qaldırıb.

Beləliklə, indi Ermənistanın qarşısında BCM-in yurisdiksiyasının tanınması üçün heç bir maneə yoxdur.

Azatutyun yazır ki, Ermənistanın bu sənədi ratifikasiya etməsi onun üzərinə bir sıra öhdəlikllər, o cümlədən Rusiya prezidenti Vladimir Putinin, habelə Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanı həbs etmək öhdəliyi qoyacaq.

XS
SM
MD
LG