Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:34

Putin COVID-19-a görə KTMT-nin iclasına qatılmayıb


KTMT-nin Düşənbə iclası
KTMT-nin Düşənbə iclası

KTMT liderləri blokun cənub sərhədlərini möhkəmləndirməklə bağlı razılığa gəliblər, Rahmon danışıqlardan sonra deyib

Rusiya Prezidenti Vladimir Putin yaxın ətrafında onlarla şəxsdə COVID-19 aşkarlandığından bir neçə gün özünü təcrid etdiyini deyir.

Putin sentyabrın 16-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) liderlərinin Düşənbə sammitinə video əlaqə ilə qatılıb. O deyib ki, digər liderlərlə “əl sıxıb qucaqlaşmaq istərdi”.

Putin coronavirusa görə təcrid olundu
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

“Onlarla adamda” virus aşkarlanıb

“Təəssüf ki, mən son anda Düşənbə səfərimi təxirə salmalı oldum və buna görə məyusam. Çünki koronavirus bir-iki nəfərdə deyil, yaxın ətrafımda onlarla adamda aşkarlandı. Ona görə də bir neçə gün özünütəcrid rejimində qalmalıyam”, – Putin vurğulayıb.

Daha öncə yayılmış informasiyada yoluxmaların miqyası və Putinin nə qədər təcrid olunacağı bilinmirdi.

Putinə yaxın şəxslərdən kimlərdə COVID-19 çıxdığı bəlli deyil. Kremlin sözçüsü Dmitri Peskov isə sentyabrın 15-də jurnalistlərə deyib ki, prezident “tamamilə sağlamdır” və “əlbəttə ki” xəstəlik testi mənfi çıxıb.

KTMT üzvləri Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandır.

Tacikistan Prezidenti Emomali Rahmon Ermənistanın Baş naziri Nikol Paşinyanı, Qazaxıstan, Qırğızıstan və Belarus prezidentlərini qəbul edib.

ABŞ-ın dominantlığına qarşı

Sabah – sentyabrın 16-da isə Çinin də daxil olduğu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) toplantısı keçirilməlidir.

Moskva və Pekin regionda əsas oyunçular kimi mövqelərini möhkəmləndirməyə çalışırlar. Özəlliklə Taliban Əfqanıstanda Qərbin dəstəklədiyi hökuməti yıxandan bu cəhdlər daha da intensivləşib.

Hər iki regional blok Moskvayla Pekinin ABŞ-ın geosiyasi dominantlığına əks qüvvə kimi görülür.

KTMT liderləri blokun cənub sərhədlərini möhkəmləndirməklə bağlı razılığa gəliblər, Rahmon danışıqlardan sonra deyib.

Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev deyib ki, “ərazilərimizdə əfqan qaçqınlarının, yaxud xarici hərbi bazaların yerləşdirilməsinin qəbuledilməzliyinə dair KTMT-nin mövqeyini dəstəkləyir”.

ŞƏT-in toplantısında kimlər olacaq

2001-ci ildə əsası qoyulmuş ŞƏT-ə ilkin olaraq Çin, Rusiya, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistan daxil idi. 2017-ci ildə Hindistan və Pakistan da quruma üzv olub.

Sabahkı sammitə Çin Prezidenti Si Cinpinq və Hindistanın Baş naziri Narendra Modi virtual qatılacaq.

ŞƏT-in müşahidəçi üzvü olan İranın Prezidenti İbrahim Rəisi də iclasda iştirak edəcək.

O, Düşənbəyə yola düşməzdən öncə deyib ki, Tehranın ŞƏT-də iştirakı “regional əməkdaşlığın bizim üçün əsas prioritet olduğunu” göstərir.

Əfqanıstanda ŞƏT-də müşahidəçi statusuna malikdir. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov sentyabrın 15-də deyib ki, Taliban iclasa dəvət olunmayıb.

“Heç kəs Talibanı tam tanımağa tələsmir”, – Lavrov vurğulayıb.

Taliban qonşuları və Rusiyanı onlara təhdid yaratmadığına inandırmağa çalışır. İslamçı qrup inklüzivlik və keçmiş opponentləri üçün ümumi amnistiya vəd eləsə də, ancaq kişilərdən və sərt xətt tərəfdarlarından ibarət hökumət qurub, etirazları qadağan edib, nümayişçilərə, jurnalistlərə təzyiq göstərib.

XS
SM
MD
LG