Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:00

Putin əzələ göstərdi, İnternet «yumruq» atdı


Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitry Medvedev ötən bazar günü “iki qardaş” birlikdə idman edib, kabab çəkib, çay içərkən şəkil də çəkdiriblər.

-

AzadlıqRadiosunun müxbiri Anna Shamanska yazır ki, Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitry Medvedev ötən bazarı bir yerdə olublar. Onların birlikdə idman etmələrinin, kabab çəkib çay içmələrinin seçmə fotosessiyası internetə yüklənib.

Prezident və baş nazir, Putinin Soçidə iqamətgahında avqustun 30-da görüşüblər. Bir balaca “razminka”dan sonra idman dəzgahlarında məşqə başlayıblar.

Bu zaman onlar idman geyimlərini, maykalarını, qaçış çəkmələrini də nümayiş etdiriblər. Medvedevin ayaqlarında dəbli Nike qaçış çəkmələri olub, Putin isə daha vətənpərvər tərpənərək Rusiyada istehsal edilmiş “Forvard” krossovkalarını geyinib.

İdmandan sonra Rusiya liderləri buğlama çay içiblər. Bütün bunları dövlət media şəbəkəsi RT işıqlandırıb.

Bu ucuz birgə istirahət bir sıra media təşkilatları tərəfindən Putinin reytinqinin yüksəldilməsi cəhdi kimi qiymətləndirilib.

Rusiyadakı müstəqil Levada Mərkəzinin rəyinə görə Putinin ictimai reytinqi iyun ayındakı 89 faizdən avqust ayında 83 faizə düşüb.

Rəsmi məqsəd nə olursa olsun, footolar internetdəki yeni zarafat dalğasına səbəb olub.

Bəzi Twitter istifadəçiləri Putinin öz gövdəsinin yuxarı əzələləri ilə məşqini göstərən şəkil üzərində “işləyiblər”.Bir istifadəçi qeyd edir ki, foto sanki məşhur “Bozun əlli çaları” erotikfilmindən götürülüb.

Şəkil üzərində bir balaca retuş etməklə Putin 1990-cı illərdən başlanan məşhur Mortal Kombat zorakı video oyununun personajına çevrilib.

Leonardo da Vinçinin “Vitrivius adamı” şəklinin üzərində Photoshop proqramında bir qədər zəhmət sərf ediblər və “Vitrivius Putin” alınıb.

Bir başqaları isə Putin və Medvedevi açıq tənqid edirlər. Onlar yazırlar ki, prezident və baş nazir kurort şəhəri Soçidə seyrəngaha çıxdıqları bir vaxtda Sibir meşələri onlarca yanğının nəticəsində külə dönür. Yanğın artıq dünyanın ən təmiz göllərindən biri olan Baykalın sahillərinə çatıb.

“Sibirə uçub yanğınla mübarizəyə qoşulmaqdanda, bunlar burada manqal qalayıblar. Onlara deyin ki, artıq bütün Buryatiya kabab olub”.

Rusiya liderlərinin bir-birlərinin üzünə baxıb gülümsədikləri fotonun altında isə yazılıb: “Narahat olmayın, Baykal yanmaz! Heç göl də yanar?”

Ukraynanın Tvitter istifadəçiləri isə bu fotoları Donbasda hökumət qoşunları ilə Rusiyanın əlaltısı olan separatçıar arasında gedən döyüşlərlə bağlayıblar. Bu şəkildə prezidentlə baş nazir yanıb xaraba qalmış Donetsk aeroportuna “fotoşop” ediliblər.

Bir tvitter istifadəçisi isə Rusiya dövlət televiziyasında nümayiş etdirilmiş saxta süjeti dolayır. Həmin süjetdə bir oğlan uşağının, guya Ukrayna əsgərləri tərəfindən çarmıxa çəkildiyindən bəhs edilirdi. Bu görüntülər saxta təbliğat fəndi kimi internetdə bir xeyli lağa qoyulmuşdu.

Burada Rusiya sanksiyaları və xarici malların məhv edilməsi kampaniyasını da unutmayıblar. Məsələn bu Facebook postunda Putinlə Medvedevin buldozerlənmiş Qərb pendirinin üstündə çay içdikləri görünür.

Bir başqaları isə təsəvvür ediblər ki, rəhbərlər Amerika və Almaniya istehsalı olan idman dəzgahlarının əvəzinə yerli istehsaldan olan qurğulardan istifadə edirlər.

Başqa fotomontajda Stavropolda keçirilən Maslenitsa bayramı zamanı adamlara kürəklə blinçik verilməsi yada salınıb.

Bütün bu həftəsonu idman məşğələsi barədə internet memlərini Putinin Medvedevi qayadan atmasını əks etdirəm karikatura tamamlayır.

XS
SM
MD
LG