Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:39

Qərb eksperti: 'Minsk qrupunun genişlənməsinə ehtiyac var'


Qarabağdakı müharibə Minsk qrupunda nəyi dəyişə bilər? - Tomas de Vaalla müsahibə
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

Qarabağdakı müharibə Minsk qrupunda nəyi dəyişə bilər? - Tomas de Valla müsahibə

Carnegie Fondunun araşdırmaçısı, “Qara bağ” kitabının müəllifi Thomas de Waal AzadlıqRadiosuna deyib ki, döyüşlər dayanandan sonra Minsk Qrupunun formatının dəyişməsinə və genişlənməsinə ehtiyac yaranacaq. O bildirib ki, indiki həmsədr Fransanın bu formatda da olub-olmaması ikinci dərəcəli məsələdir:

“Vacib olan odur ki, Minsk Qrupu genişləndirilsin. Hansı ölkə bu formatda qalır, hansı çıxır, bunun əhəmiyyəti yoxdur. Vacib olan Azərbaycan və Ermənistanın danışıqlar apara biləcəyi yeni strategiyanın olmasıdır. Vasitəçilər vasitəçidir, amma onlar münaqişəni həll edə bilməzlər. Fransa təcrübəli üzvdür, amma onun bu qrupda olub-olmaması ikinci dərəcəli məsələdir. Məsələn, Gürcüstan belə bir vasitəçilik təklif edib, bəlkə də bu təklifə baxıla bilər”.

Vaxt itirilib

Tom de Waal bildirib ki, ən önəmli olan məsələ Azərbaycan və Ermənistanın uzun illərdir ki, vasitəçisiz, birbaşa danışıqlar aparmaması və bununla da vaxt itirməsidir.

De Wall bunu Azərbaycanın hakim partiyadan olan deputat Səməd Seyidovun fikrini şərh edərkən bildirib. Səməd Seyidov oktyarın 2-də bildirib ki, ATƏT -in Minsk Qrupunun formatı dəyişməlidir və Fransa Minsk Qrupunun həmsədrliyindən çəkilməlidir.

Frans24 telekanalının sentyabrın 30-da yaydığı xəbərə görə, Minsk Qrupunun üç həmsədr dövlətindən biri olan Fransanın prezidenti Emmanuel Makron bildirib ki, Fransa Türkiyənin hərbi bəyanatlarından çox narahatdır, bu, şimali Qarabağı yenidən geri qaytarmaq üçün Azərbaycanın əl-qolunu açır.

Reuters-in xəbərinə görə, oktyabrın 1-də Makron həmçinin Türkiyəni Dağlıq Qarabağa Suriya cihadçıları göndərməkdə ittiham edib.

Azərbaycan rəsmiləri Ermənistanın da səsləndirdiyi bu ittihamı rədd edib.

Fransa sülh danışıqlarından uzaqlaşdırıla bilərmi?
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

"Fransa bir-iki bəyanata görə..."

Tom de Waal bildirir ki, bir-iki bəyanat Fransanın Minsk Qrupundan uzaqlaşdırılmasına səbəb olmamalıdır:

“Fransa Minsk Qrupunun üç həmsədrindən biridir. Məncə, bir qərar olmalıdır ki, Minsk qrupu ətrafında nə baş verir- qrup genişlənirmi, kim gedir, kim qalır. Düşünmürəm ki, bir-iki bəyanat 23 il Minsk qrupuna həmsədrlik etmiş dövləti çıxartmağa kifayət edən səbəbdir. Başa düşürəm ki, Azərbaycan danışıqlara başqa ölkələrin də cəlb edilməsini istəyərdi. Bunu da anlamaq olur. Bəlkə də hansısa Avropa ölkəsi cəlb edilə bilər, bəlkə də Avropadan kənar bir ölkə də. Amma bu, mənimçün əsas məsələ deyl. Önəmli olan odur ki, Azərbaycan və Ermənistan danışıqları necə aparır”.

ATƏT-in Minsk qrupunun Fransadan başqa həmsədrləri Rusiya və ABŞ-dır. Azərbaycan rəsmiləri tez-tez bu qrup çərçivəsində aparılan danışıqlarn faydasız olduğunu bildirirlər.

Sentyabrın 27-dən Qarabağda, Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatlar yenidən qızışıb başlayıb, hər iki tərəf itki verməkdə davam edir.

XS
SM
MD
LG