Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:39

Qərb Gürcüstanı seçki razılaşmasını pozmamağa çağırır


Gürcüstan parlamentinin spikeri Archil Talakvadze
Gürcüstan parlamentinin spikeri Archil Talakvadze

ABŞ və Avropa İttifaqına daxil ölkələrin səfirləri Gürcüstanın hakim və müxalifət partiyalarını beynəlxalq vasitəçilərin dəstəyi ilə əldə olunmuş seçki islahatları razılaşmasına sadiq qalmağa və bu islahatların icrasına başlamağa çağırıb.

Razılaşmanın iki ay bundan əvvəl əldə edilməsinə baxmayaraq bu istiqamətdə hələlik heç bir addım atılmayıb.

Səfirlərin verdiyi birgə bəyanatda deyilir ki, bu razılaşma Gürcüstanın “siyasi sistemindəki qütbləşmənin aradan qaldırılmasına” və oktyabr seçkilərindəın əvvəl “daha yaxşı mühit yaradılmasına” xidmət etməlidir.

Bundan əvvəl Gürcüstan parlamenti 2020-ci il seçkisinədək proporsional sistemə keçilməsinə dair konstitusiya düzəlişləri təklifini qəbul etməmişdi.

Bəyanatda deyilir:

“Qeyd etməliyik ki, bu razılaşma iki hissədən ibarətdir. Bunlardan biri seçki sisteminə, digəri isə ədliyyə sisteminə siyasi müdaxilə məsələsinə aiddir. Biz tərəfləri sazişin uğurlu icrası naminə onun hər iki müddəasının hərf və ruhuna əməl etməyə çağırırıq”.

Bu bəyanatdan əvvəl Gürcüstan parlamentinin spikeri Archil Talakvadze ABŞ səfiri Kelly Degnana, Almaniya səfiri Hubert Knirsch-ə və Avropa İttifaqının diplomatı Carl Hartzell-ə müraciət edərək onlardan sazişi imzalamış tərəflərin onun həyata keçirilməsindəki rolunu “obyektiv qiymətləndirməyi” xahiş etmişdi.

Razılaşdırımış şərtlər

Söhbət konkret olaraq martın 8-də imzalanmış anlaşma memorandumundan gedir.

Bu sənədə görə parlamentin 120 üzvü proporsional, 30 üzvü isə majoritar sistemlə seçilməlidir.

Majoritar sistemli dairələrdə səslərin 50 faizindən çoxunu qazanmış namizəd və ya partiya qalib hesab olunur.

Sənəddə qeyd olunur ki, parlamentə seçilmək üçün baryer həddi 1 faiz müəyyən edilir.

Bundan başqa səslərin 40 faizindən azını toplaşmış heç bir siyasi partiyaya parlament çoxluğuna malik olmaq imkanı verilmir.

Gürcüstanda hazırda qüvvədə olan seçki məcəlləsinə görə, parlamentin 150 mandatından 73-nü dairələr üzrə ən çox səs toplayan namizədlər qazanır.

Qalan yerlər isə proporsional qaydada qalib gələn partiyanın namizədləri arasında bölüşdürülür.

Belə bir sistem indiyədək milyarder Bidzina Ivanishvili-nin hakim Gürcü Arzusu partiyasına parlamentdəki yerlərin 76 faizinə sahiblənmək imkanı verib. Halbuki bu partiya elektorat səslərinin 50 faizindən azını qazanıb.

XS
SM
MD
LG