Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:50

Qara dənizdə təlimlər başlanır


Arxiv fotosu
Arxiv fotosu

İllik “Sea Breeze” təlimi iyunun 28-sən iyulun 10-dək 32 ölkənin iştirakıyla gerçəkləşəcək

Qara dənizdə iki həftəyədək çəkəcək donanma təlimləri başlanır. Bu təlimlər Rusiyanın Ukrayna yaxınlığındakı mübahisəli ərazilərdə ortaya çıxan problemləri cavabsız qoymayacağı xəbərdarlığı ilə bir dönəmə düşür. Ötən həftə Britaniya hərbi gəmisi ilə insident yaşanmışdı.

İllik “Sea Breeze” təlimi iyunun 28-sən iyulun 10-dək 32 ölkənin iştirakıyla gerçəkləşəcək.

ABŞ-ın ev sahibliyi

Təlimlərə bir sıra Qara dəniz ölkələri, NATO müttəfiqləri və tərəfdaşlar qoşulub. Ümumilikdə 5 min əsgər, 32 gəmi, 40 təyyarə və 18 xüsusi əməliyyat və dalğıc komandalarının iştirakı gözlənir.

Bu il dəniz, quru və hava komponentlərinin iştirakıyla təlimlərə Ukrayna və Birləşmiş Ştatlar ev sahibliyi edir.

Rusiya iyunun 23-də bildirib ki, Britaniyanın HMS Defender gəmisinin yoluna atəş açaraq, bomba ataraq onu Krımın Sevastopol şəhəri yaxınlığından uzaqlaşmağa məcbur etmək istəyib.

Britaniyanın Müdafiə Nazirliyi HMS Defender-ə atəş açılmadığını, Rusiyanın ərazidə əvvəlcədən elan olunmuş “artilleriya təlimi” apardığını bildirib. Britaniya Ukraynaya aid və beynəlxalq sularda naviqasiya azadlığından istifadə etdiyini bəyan edib.

Moskvanın xəbərdarlığı

Moskva bu insidentə cavab olaraq Ukraynanın Krım yarımadası ətrafında iddia etdiyi ərazi sularına girən hərbi gəmilərə atəş açmağa hazır olduğunu bildirib. Rusiya Krımı 2014-cü ilin martında tutub, amma beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ və müttəfiqlərini Qara dənizdə hərbi təlimlər keçirməməyə çağırıb, belə manevrlərin “təsadüfi insident riskini artırdığını”, – Ukraynanı cəsarətləndirdiyini deyib.

Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba isə ötən həftə deyib ki, Britaniya gəmisi ilə bağlı insident Rusiyanın Qara dəniz və Azov dənizində “aqressiv və provokativ siyasətinin Ukrayna və müttəfiqlərinə davamlı təhdid yaratdığını” göstərir.

Kuleba NATO və alyansa üzv olmaq istəyən Ukrayna arasında Qara dənizdə daha böyük əməkdaşlığa çağırıb.

XS
SM
MD
LG