Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:57

ABŞ Ermənistanı və Azərbaycanı sülh təşəbbüslərindən yararlanmağa çağırır


Paşinyan Əliyevlə görüşdən öncə açıqladı: Sülh sazişi ehtimalı azdır
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00

Paşinyan Əliyevlə görüşdən öncə açıqladı: Sülh sazişi ehtimalı azdır

Birləşmiş Ştatlar dünən – mayın 11-də Ermənistanı və Azərbaycanı sülh təşəbbüslərindən yararlanmağa çağırıb. Ötən gün tərəflər bir-birini sərhəd boyunca atışmada ittiham edib.

“İrəliyə davamlı yolun qaldığına inanırıq. Bunun sülh yoluyla həllinə inanırıq”, – Dövlət Departamentinin sözçüsü Vedant Patel jurnalistlərə deyib.

Vaşinqton mayın əvvəlində Azərbaycan və Ermənistan arasında dörd günlük danışıqlara ev sahibliyi edib. Bu həftəsonu isə Brüsseldə Aİ-nin vasitəçiliyi ilə danışıqlar gözlənir.

Aİ görüşün keçiriləcəyini deyir

Aİ Şurasının Prezidenti Şarl Mişelin adından dünən yayılmış bəyanatda mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüssel görüşü üzrə anlaşma olduğu bir daha vurğulanır. Bundan sonra isə Kişinyovda Avropa Siyasət İcması sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltzun iştirakıyla görüş keçiriləcəyi bildirilir.

“Bütün tərəflərlə davam edən təmaslardan sonra bu görüşlərə siyasi sadiqliyi təsdiqləyir, onları keçirməyi planlaşdırırıq”, – bəyanatda vurğulanır.

Azərbaycan Xarici İşlər Nazirliyi isə mayın 11-də bildirib ki, rəsmi Bakı mayın 14-də keçirilməsi gözlənən Brüssel görüşünə razılıq verib, amma Kişinyov görüşü haqqında yekun razılıq verilməyib.

Danışıqlar fonunda atışmalar

Azərbaycan və Ermənistan mayın 11-də bir-birini sərhəddəki atışmanı başlamaqda suçlayıb. Azərbaycan bir hərbçisinin öldürüldüyünü bildirib.

Brüssel görüşündə tərəflərin sülh sazişinin hazırlanması yönündə danışıqları davam etdirəcəyi gözlənir. Vaşinqton danışıqlarında əhəmiyyətli irəliləyişin əldə olunduğu açıqlanıb.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Qarabağa və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilb. Ancaq tərəflər sülh sazişi imzalamayıblar.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb, müharibə 30 minədək insanın həyatına son qoyub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildəki hərbi əməliyyatlarda isə hər iki tərəfdən üst-üstə 7 minədək hərbçi həlak olub.

XS
SM
MD
LG