Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:42

'Bu, Novruz Məmmədovun öz fikri deyil'


Novruz Məmmədov
Novruz Məmmədov

►“Onsuz da Azərbaycan cəmiyyətinin mərhələli həll planına reaksiyası müsbətdir. Bununla Ermənistanın və Rusiyanın reaksiyasını öyrənmək istəyirlər”

"Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı qərar qəbul olunub."

Bunu iyunun 20-də Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya prezidentinin iştirakıyla keçirilən görüşünü şərh edərkən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib. Məlumatı ANS TV yayıb.

Novruz Məmmədov deyib ki, bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verilib:

“Yəni, bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər”.

Ancaq Novruz Məmmədovun dediklərinə reaksiyalar birmənalı deyil:

“Şübhəlidir”

“Qafqaz” Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyir ki, dövlət rəsmisi kimi Novruz Məmmədov daha məlumatlı olsa da, bu fikrə şübhəylə yanaşır:

Araz Aslanlı: Azərbaycan, Ermənistan və vasitəçi dövlətlərdən gələn rəsmi açıqlamalar əksər hallarda üst-üstə düşmür
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

“Ola bilsin ki, prosesin gələcəyi ilə bağlı, doğrudan da, prezidentlər arasında hansısa qərarlar qəbul olunub. Amma indiyə qədər qarşılaşdığımız məqamlardan biri budur ki, bu rəsmi açıqlamalar – Azərbaycan, Ermənistan və vasitəçi dövlətlərdən gələn rəsmi açıqlamalar – əksər hallarda üst-üstə düşmür. Ancaq bunu demək mümkündür ki, hansısa formada bir mərhələli həlldən söhbət gedir. Ola bilsin ki, bu son danışıqlarda da münaqişəni birdən-birə həll eləmək mümkün deyilsə, tədricən, mərhələli həlli haqda danışılıb. Bəlkə konkret addımlar da müəyyənləşdirilib. Ancaq mən buna şübhə edirəm”.

“Rusiyanın reaksiyasını öyrənmək istəyirlər”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, əgər həqiqətən danışıqlar Novruz Məmmədovun dediyi istiqamətdə gedibsə, bu, Azərbaycan üçün ən ideal variantdır:

Elxan Şahinoğlu: Məncə, bu, Novruz Məmmədovun öz fikri deyil
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

“Yəni mərhələli həll planı odur ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon boşaldılır, azərbaycanlı qaçqınlar geri qayıdır. Məhz bundan sonra ölkənin azərbaycanlı və erməni əhalisi referendumla müzakirəyə başlayır. Ancaq çox təəssüf ki, bu günə qədərki danışıqlarda məsələnin 90-95 faizi razılaşdırılsa da, əsas düyün nöqtəsi o olub ki, ermənilər referendum tarixini sənədə salmağa çalışıblar. Mən inanmıram ki, Sankt-Peterburqda məhz mərhələli həll planını ehtiva edən məsələ gündəmdə olub. Çünki biz bunun işartısını görmədik. Nə Sankt-Peterburq görüşündən əvvəl, nə də sonra optimist açıqlamalar səslənmədi. Düşünürəm ki, Novruz Məmmədov bu fikri bir növ Rusiya hakimiyyət dairələrinin reaksiyasının yoxlamağa səsləndirib. Məncə, bu, Novruz Məmmədovun öz fikri deyil. Ola bilsin, hakimiyyət mətbəxində hazırlanıb. Onsuz da Azərbaycan cəmiyyətinin mərhələli həll planına reaksiyası müsbətdir. Bununla Ermənistanın və Rusiyanın reaksiyasını öyrənmək istəyirlər”.

____________________________________________________________

Bunlara da bax:
Cəbhəçi gəncin cəzası azaldıldı (Yenilənib)
5-10 avro üçün fahişəliyə məcbur olan miqrantlar- [video]

____________________________________________________________

Cəbhə xəttinin Xankəndinə yaxınlaşması

Qarabağ münaqişəsi üzrə ekspert Əvəz Həsənov isə, əksinə, bunu Rusiyanın mesajı sayır:

Əvəz Həsənov: Rusiya başa düşür ki, Ermənistanın həmin o işğal altındakı əraziləri nəzarətdə saxlamaq perspektivi azalır
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

“Çünki Rusiya başa düşür ki, Ermənistanın həmin o işğal altındakı əraziləri nəzarətdə saxlamaq perspektivi azalır. Rusiya nə qədər buna mane olmağa çalışsa da, Qərb Ermənistanı torpaqların azad olunmasında müəyyən qədər güzəştlərə getməyə sövq edir. Rusiya Ermənistanı inandırmağa çalışar ki, torpaqların azad olunması, kommunikasiyaların açılması ilə başlanan proses, konfliktə müəyyən bir irəliləyiş gətirər. Çünki indi nə Azərbaycan referendumla bağlı verdiyi sözü tutmağa hazırdır, nə də Ermənistan bütün rayonları azad eləməyə. Bütün rayonların azad olunması Dağlqı Qarabağda cəbhə xəttinin Xankəndinə lap yaxınlaşması deməkdir. Ona görə mən bunu daha çox Rusiyanın planı kimi başa düşürəm. Çünki Rusiya Qərbə də yeni bir imic göstərmək istəyir”.

“Bizə sülh lazımdır”

Millət vəkili Asim Mollazadə isə deyir ki, mərhələli həll Azərbaycanın mövqeyinə uyğundur.

Asim Mollazadə: Mərhələli həll prosesinə biz müsbət yanaşırıq
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

“Mərhələli həll prosesinə biz müsbət yanaşırıq. Rusiya Ermənistan üzərində öz imkanlarından istifadə edə bilsə, bu istiqamətdə müvafiq addımlar atıla bilər. Bu yol, ən birinci, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən keçir. Rusiyanın da buna imkanı var. Əks halda, Rusiyaya və şəxsən prezident Putinə zərbə dəyəcək. Ona görə də biz təşəbbüsü üzərinə götürmüş Rusiyadan konkret addımlar, konkret nəticələr gözləyirik. Bizə sülh lazımdır. Sülhə də Azərbaycan həmişə hazır olub. Ermənistan bu addımı atsa, regionda sabitliyi bərpa etmək, qarşılıqlı inamı artırmağa bütün perspektivlər yaranar. Bununla da münaqişəni sülh yolu ilə həll etmək olar”.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandian prezidentlərin Sankt Peterburq görüşü haqqında açıq danışmasa da, “bir sıra məsələlər üzrə anlaşma əldə edildiyini” söyləyib. Nalbandian bildirib ki, əgər bu məsələlərlə bağlı razılıq əldə olunarsa, tənzimlənmə prosesində irəliləyiş mümkün olar.

Buna da bax: Cameron Britaniyanı Avropa Birliyində qalmağa çağırır

Cameron Britaniyanı Avropa Birliyində qalmağa çağırır
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun

Rusiya doğrudan da Qarabağ problemini həll etmək istəsə, Azərbaycana nə qayrarıla, əvəzində Rusiya nə istəyə bilər?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 22 iyun

Z.Əlizadə:"Münaqişə danışıqla həll olunmayacaq"
XS
SM
MD
LG