Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:46

Rövnəq Abdullayev qaz anlaşmasından danışdı


Rövnəq Abdullayev
Rövnəq Abdullayev

►"Çox böyük güzəştlər edilib"

“Yeni imzalanan müqavilələrlə Azərbaycanın Gürcüstanı 2030-cu ilə qədər "mavi yanacaq"la təmin etməsində heç bir problem olmayacaq”.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev martın 4-də Tbilisdə qaz nəqli ilə bağlı razılaşmadan sonra keçirilən mətbuat konfransında belə deyib.

Report-un xəbərinə görə, R.Abdullayev Gürcüstanla əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyini deyib.

Gürcüstanın energetika naziri Kaxa Kaladze də ölkələrinin əlavə qazla təmin olunması istiqamətində mühüm addımların atıldığını deyib.

Qazın qiyməti ilə bağlı Gürcüstana çox böyük güzəştlər edilib

"Bu addımlardan biri də Azərbaycan tərəfinin köməyi ilə Gürcüstanın qaz təminatının ödənilməsidir. SOCAR texniki problemləri uğurla həll edib və Gürcüstana əlavə 500 mln. kubmetr qaz verməsinə nail olunub" - deyə K.Kaladze bildirib.

Nazir deyib ki, dünya bazarında neftin və neft məhsullarının qiymətinin artıb-azalmasına uyğun olaraq, qazın qiyməti xüsusi düstur əsasında hesablanacaq. Onun bildirməsinə görə, SOCAR qazın qiyməti ilə bağlı Gürcüstana çox böyük güzəştlər edib:

“Azərbaycan Gürcüstana çox böyük güzəştlər edib. "Şahdəniz 2" layihəsi 2018-2019-cu illərdə başa çatdıqdan sonra Gürcüstan daha çox həcmdə mavi yanacaq ala biləcək”

Buna da bax:

Müğənni: "Ayaqyolu suyu qablarımın üstünə axır"
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

XS
SM
MD
LG