Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:27

Qazaxıstanda Nazarbayevə və Çinə etiraz edənlər polislə toqquşub (Video)


Qazaxıstanın ən böyük şəhəri olan Almatıda iyulun 6-da qiymətlərin qalxmasına və ölkədə Çinin getdikcə artan təsirinə qarşı etiraz aksiyası keçirilib.

İcazə verilməmiş aksiyanın təşkilatçısı müxalif Demokratik Partiyanın lideri Janbolat Mamay idi.

Bu etiraz aksiyasında Mamaya qoşulan tərəfdfarları vəzifəsindən formal olaraq istefa versə də ölkənin de facto lideri olaraq qalan Nursultan Nazarbayevə qarşı “çıx get” şüarı səsləndirirdilər.

Aksiya 81 yaşlı Nazarbayevin ad gününə təsadüf edən Paytaxt günündə keçirilıib.

Mamay bildirib ki, ölkədə gündəlik tələbat mallarının qiymətləri rəsmi inflyasiyadan daha sürətlə qalxır.

O habelə ölkə rəhbərliyini Qazaxıstanın Çindən asılılığını dərinləşdirməkdə ittiham edib.

Baş tutmayan qurultay

Polis icazəsiz aksiyanın dayandırımasını tələb edib və bundan sonra toqquşmalar başlanıb.

Mamayın arvadı İnqa İmanbayın verdiyi məlumata görə, bir neçə nəfər xəsarət alıb və azı üç nəfər saxlanıb.

Müxalifət lideri indiyədək çirkli pulların yuyulması ittihamı ilə məhkum edilib. Lakin tərəfdarları ittihamların siyasi motivli olduğunu bildirirlər.

Demokratik Partiya Ədliyyə Nazirliyində 2020-ci ilin dekabrında rəsmən qeydiyyata alınsa da, onun bu ilin fevral ayında qurultay keçirməsinə imkan verilməyib.

Qazaxıstan hökuməti bildirir ki, ölkə qanunlarına görə hər hansı partiyanın təsis qurultayında azı min nümayəndə iştirak etməlidir.

SSRİ-dən müstəqilliyini 1991-ci ildə bəyan etmiş Qazaxıstanda hazırda prezident Qasım-Jomart Toqayev olsa da, Nazarbayev əsas hakimiyyət vəzifələrini özündə saxlayır.

Nazarbayevin hakimiyyəti illərində bir çox müxalifət liderləri həbs edilib və ya ölkədən qaçmağa məcbur olub.

XS
SM
MD
LG