Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:49

Qiymət qaldıranlar azadlığa buraxıldı


İllüstrasiya
İllüstrasiya

►Şərti cəza verildi

Süni qiymət artımı ittihamı ilə həbs olunanlar iyunun 14-də azadlığa buraxılıb.

Alfa Med" MMC-nin təsisçisi Əfqan Xudaverdiyev və bu qurumun satış üzrə meneceri İbadulla Hüseynov Hepatit xəstəliyinin müalicəsində istifadə olunan "Grateziano" adlı dərmanı dəyərindən dəfələrlə baha - 850-900 manata satmaqda suçlanaraq həbs olunmuşdular.

Çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası onlar barədə hökm çıxarıb.

Hökmə əsasən, Əfqan Xudaverdiyevə CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilib. Ona verilən üç il həbs cəzası şərti hesab olunub.

İbadulla Hüseynov isə 5500 manat cərimələnib. Onların hər ikisi məhkəmə zalından azadlığa buraxılıb.

Əfqan Xudaverdiyev və İbadulla Hüseynova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə ağır nəticələrə səbəb olduqda) və 200.1-ci (istehlakçıları aldatma) maddələrilə ittiham irəli sürülmüşdü.

____________________________________________________________

Bunlara da bax:
Rusiya şərti olaraq çempionatdan xaric edildi
Müraciətə baxmayanlara cərimə

____________________________________________________________

Cinayət işinin materiallarına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında araşdırma aparılıb və "Grateziano" adlı dərmanın baha qiymətə satıldığı müəyyən edilib:

"Şirkətin anbarından isə külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkarlanıb. Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib".

Lakin Əfqan Xudaverdiyev və İbadulla Hüseynov məhkəmədə ifadələrində ittihamı qəbul etmədilər və təqsirsiz olduqlarını bildirdilər.

Qeyd edək ki, Əfqan Xudaverdiyev həm də Azərbaycan Tibb Universitetində işləyirdi.

XS
SM
MD
LG