Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:31

Azərbaycanın qonşuluğunda donuz qripindən 10 nəfər ölüb


Illüstrasiya
Illüstrasiya

-

Yanvarın 14-də Yerevanda H1N1 donuz qripi virusundan qaynaqlanan daha iki ölüm halı qeydiyyata alınıb.

Ölən şəxslərdən biri yanvarın 4-də xəstəxanaya daxil olmuş 60 yaşlı kişidir. Ona eyni zamanda ağciyərin ikitərəfli iltihabı, şəkərli diabet diaqnozu da qoyulmuşdu.

Digər ölən xəstə isə 41 yaşlı kişi olub.

Ümumən, Ermənistanda bu xəstəlik artıq 10 nəfərin həyatına son qoyub.

Rəsmi məlumatlara görə, hazırda xəstəxanaların reanimasiya şöbələrində donuz qripi diaqnozu ilə 81 nəfər yatır. Onlardan 14-ü süni tənəffüs aparatına qoşulub.

Səhiyyə Nazirliyi əhalini vaxtında həkimə müraciət etməyə çağırsa da, bir çox xəstələr bu çağırışa əməl etmək istəmirlər.

Azyaşlı uşaqların valideynləri Azadlıq Radiosuna deyiblər ki, onların fikrincə, xəstəxanada infeksiyaya yoluxmaq ehtimalı daha çoxdur.

XS
SM
MD
LG