Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:47

Səhiyyə Nazirliyi: 'Bu, koronavirus deyil…'


Son vaxtlar qrip virusu geniş yayılıb.
Son vaxtlar qrip virusu geniş yayılıb.

Azərbaycanda uşaqlar və böyüklər arasında naməlum virusun yayıldığı ilə bağlı şikayətlər eşidilir. Şikayətçilərdən ad və soyadının tam çəkilməsini istəməyən D.B. Azadlıq Radiosuna deyib ki, xəstəlik yüksək hərarətlə, öskürək, halsızlıq və baş ağrısı ilə müşayiət olunur. O qeyd edir ki, həmin xəstəliyin simptomları koronavirus xəstəliyi ilə eynilik təşkil etsə də, verilən testlər neqativ nəticə göstərir.

Bəzi şikayətçilər isə şübhə edir ki, testlər koronavirusun yeni yaranmış ştammlarını, sadəcə, müəyyən etmir.

Qrip də koronavirus kimi təhlükəlidi, amma Azərbaycanda çox adam peyvənd etdirmir
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

"Testlər koronavirusun bütün ştammlarını…"

Səhiyyə Nazirliyindən "Turan"a bildirilib ki, yayılmış virus mövsümi qripdir: "Son vaxtlar qrip virusu geniş yayılıb. Bu, koronavirus deyil, bilinən qrip virusudur".

Nazirlikdən qeyd olunub ki, həmin virusdan qorunmaq üçün altı aydan böyük olanlar peyvənd vurdura bilər: "Həmçinin, sosial məsafə, şəxsi gigiyena və maska taxmaq da qoruyur".

Nazirlikdən vurğulanıb ki, testlər koronavirusun bütün ştammlarını müəyyən edə bilir.

A.Qeybulla
A.Qeybulla

"Rəsmən təsdiq olunmalıdır"

Tibb üzrə elmlər doktoru Adil Qeybulla isə AzadlıqRadiosuna bildirib ki, indi Bakıda kəskin respirator xəstəlik kimi yayılan virus birmənalı identifikasiya olunub əhaliyə məlumat verilməyib: "Bəzi ekspertlər bunu "A virus", yəni mövsümü qrip virus olduğunu qeyd edirlər. Amma bu, rəsmən təsdiq olunmalıdır".

Ekspertin sözlərinə görə, Azərbaycanda laboratoriya imkanı yoxdur: "Amma dünya mediasında koronavirusun yeni ştammının bəzən testə uyğun gəlməməsi və testin neqativ çıxması haqqında xeyli məlumatlar dolaşır. O cümlədən, bizdə də bu yeni "Omikron" ştammının olması istisna olunmur. Təəssüflər olsun ki, birmənalı demək çətindir".

Hər 100 müəllimdən 16-sının vaksinə əks göstərişi varmı?
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə yanvarın 10-na kimi ümumilikdə 621 min 234 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 min 445-nin vəfat etdiyi bildirilib.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimi hökm sürür.

XS
SM
MD
LG