Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:23

Məhkəmə Qubad İbadoğlunu ev dustaqlığına buraxmadı


Azerbaijan, Gubad İbadoglu, Economist expert
Azerbaijan, Gubad İbadoglu, Economist expert
Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatəti qəbul etməyib.

Bu barədə avqustun 1-də hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb.

Məlumatı Azadlıq Radiosuna Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova verib.

ADR Partiyasının sədri Qubad İbadoğlu bu il iyulun 23-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) ilə ittiham irəli sürülüb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Qubad İbadoğlu ittihamları qəbul etmir.

ADR dövlət qeydiyyatına alınmayıb.
XS
SM
MD
LG