Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:48

Londonun meri: "Bu il Ramazan çətin keçəcək"


Sadiq Khan həyat yoldaşı ilə
Sadiq Khan həyat yoldaşı ilə

-

Londonun yeni meri Sadiq Khan Ramazanın Britaniyada İslamla bağlı şübhələri yox atməsini istəyir.

Ötən ay keçirilmiş seçkilərdə qazandığı qələbəsi və Avropanın əsas şəhərlərindən birinin ilk müsəlman meri olması ilə diqqət mərkəzində olan Khan tolerantlıq və multikulturalizm rəmzi kimi görülməkdədir.

Ancaq Leyboristlər Partiyasından olan siyasətçi təkcə müsəlman kimi yox, həm də londonlu kimi təqdim olunmaq istəyir. Yeni mer "Guardian"da dərc etdirdiyi məqalədə yazır: “Mən özümü müsəlman siyasətçi adlandırmıram. Mən müsəlman sözçüsü, yaxud lideri deyiləm. Buna aydınlıq gətirmək vacibdir, çünki əks halda səni yalnız dini inancına görə təyin edirlər. Bizim hər birimizin çoxlu mənsubiyyətləri var - mən londonluyam, oğul və atayam. City Hall (meriya binası - red.) isə minbər deyil".

O məqalədə həmçinin yazır ki, Ramazan ayı "icmada müəyyən işlər görmək, habelə din ətrafındakı müəmma və şübhələri sındırmaq üçün yaxşı imkandır."

Sadiq Khan deyib ki, o, müqəddəs ay boyunca Londondakı sinaqoqlarda, kilsə və məscidlərdə ənənəvi Ramazan iftar süfrələri açdıracaq.

İslama görə, Ramazanda iftarınızı birlikdə açdığınız adamlar sizə gələn lütf və bərəkəti də sizinlə bölüşmüş olur.

Cənab Khan müasir Britaniyadakı multikulturalizm və müxtəlifliyi tərifləyib və deyib ki, əgər o, uşaqlıqda, 1970-80-ci illərdə hər dəfə adamlara niyə yemək yemədiyini izah etməli olurdusa indi artıq hər şey dəyişib.

O deyib: "İndi 1000 il ərzində ticarət, ideyalar, insanlar və mədəniyyətlərin mübadiləsinə açıq olmuş London kimi kosmopolit bir şəhərdə əksər insanlar ya dostları vasitəsilə, ya da iş yerindən bu ayı oruc tutaraq keçirəcək bir nəfəri tanıyırlar. Tanışlarınızdan onların necə insan olduqlarını soruşun!"

"Kimsə bircə dəqiqəsini sərf edərək sizin əhvalınızla maraqlananda bu böyük fərq yaradır. Mənim dostlarım olub ki, həmrəylik üçün oruc tutublar. Onlar heç də həmişə günün sonuna qədər dözmürlər, ancaq bu. diqqətli bir jestdir."

____________________________________________________________

Bunlara da bax:
«Banklar əhalinin başına oyun açmaqdan əl çəkmək istəmirlər»
Məhəmməd Əli qanlı hadisələr haqda şeirini deyir- [Video]

____________________________________________________________

Mer deyib ki, builki orucluq xüsusilə çətin keçəcək, çünki 19 saat yeməksiz və susuz qalmaq lazımdır.

Buna baxmayaraq cənab Khanın gündəliyi doludur.

"Mənim ramazan üçün gündəliyim ...doludur - AB referendumu yaxınlaşır və mən hətta orucumu tədbir zamanı səhnədə bir stəkan su ilə açmalı olacağam," mer deyib.

O deyib ki, çox zaman Ramazan boyu özünü "miskin" hiss edir, çünki qəhvə içmədən "çoxsaylı ydarıxdırıcı görüşlərə" getməli olur.

Ancaq cərrahlar, silahlı qüvvələrin üzvləri üçün istisnalar var. Əgər işləri bundan asılıdırsa onlar oruc tutmalı deyillər. Bu, xəstələrə, uşaqlara və hamilə qadınlara da aiddir.

XS
SM
MD
LG