Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:56

'Ramiz Mehdiyevə həsr etdiyim yazıların acısını bu gün oğlum çəkir'


Keçmiş deputat, müdafiə nazirliyinin sözçüsü olmuş Eldar Sabiroğlu
Keçmiş deputat, müdafiə nazirliyinin sözçüsü olmuş Eldar Sabiroğlu

«Rüfətlə ayrıldıq. Bilavasitə hakimiyyətin göstərişi ilə məhkəmə ədalətsiz və qurama hökmü ilə onu 9 il müddətində ailəsindən qoparıb həbsxanaya yola saldı. Rüfətin barəsində çox amansız qərar qəbul etdilər. Mən bütün hüquqi imkanlardan istifadə edərək oğlumun günahsız olduğunu sübut etməyə çalışacağam. Bu iqtidar mənə ən böyük pisliyi etdi...»

Sentyabrın 8-də 9 il azadlıqdan məhrum edilən keçmiş müstəntiq Rüfət Səfərovun atası hakim Yeni Azərbaycan Partiyasının üzvi Eldar Sabiroğlu belə yazır.

Hökumət azad sözü, özgür fikri ən qorxulu silah kimi qarşılayır

Eldar Sabiroğlu: «Bu iqtidar mənə ən böyük pisliyi etdi»

E.Sabiroğlu məqaləsində yazır ki, hökumət azad sözü, özgür fikri ən qorxulu silah kimi qarşılayır.

«Hakimiyyətin fəlsəfəsi belədir ki, onun içindən çıxıb fərqli fikir yürütmək qəti qəbul olunmur. Mən buna dair təcrübədə olan bir sira örnəkləri gətirə bilərəm. Hakimiyyətin qəbul etmədiyi hər hansı addım atanların aqibəti və taleyi nə ilə qurtarıb. Milyonlarla rüşvət alanlar, xalqın malını çapıb talayanlar qalır bir kənarda, lakin tutmadığı işə görə, müttəhimlər kürsüsünə günahsız adamları əyləşdirib ən ağır cəzaya məhkum edirlər. Bu bir qaydadır, onu pozmaq olmaz», YAP-çı yazır.

Buna da bax:​ Sabiq müstəntiq Rüfət Səfərov həbs edildi - 9 il [Video]

Əli İnsanovu müdafiə edəcək bəyanatla çıxış etməsi...

«Hakimiyyətin fəlsəfəsi belədir ki, onun içindən çıxıb fərqli fikir yürütmək qəti qəbul olunmur...»

Eldar Sabiroğlu, vurğulayır ki, Rüfət Səfərov məhz bu qaydanı pozduğuna görə cəzalandırılıb.

O, oğlunun həbsində Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev haqqında qələmə aldığı məqalələrin də xüsusi rolunun olduğunu vurğulayıb.

«Ramiz Mehdiyevə həsr etdiyim yazıların acısını və qisasını bu gün mənim oğlum çəkir. Mən buna çox təəssüflənirəm. Günahı həm də Rüfətdə görürəm. O bilməli idi ki, Əli İnsanovu müdafiə edəcək bəyanatla çıxış etməsinin qarşılığı nə ola bilər. Lakin o bunu gözaltına almadan belə bir tərz nümayiş etdirdi. Qarşılığında da ağır cəzasını aldı. Düşünmədi ki, iqtidarın ideoloqları üçün göydəndüşmə olan bu fakt Prezident İlham Əliyevin masası üzərinə qoyularaq onun taleyini birdəfəlik, həll edə bilərlər… Şübhə etmirəm ki, məhkəməni tələm-tələsik başa çatmasına təkan verən amil məhz bununla bağlıdır».

«Günahı həm də Rüfətdə görürəm. O bilməli idi ki, Əli İnsanovu müdafiə edəcək bəyanatla çıxış etməsinin qarşılığı nə ola bilər».

Ötən il dekabrın 20-də Rüfət Səfərov ölkədəki qanunsuzluqlara, insan haqlarının pozulmasına etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini açıqlayıb. Bundan dərhal sonra Zərdab Rayon Prokurorluğunda yoxlama, onun yaşadığı kirayə mənzildə isə axtarış aparılıb.

Buna da bax:​ Eldar Sabiroğlu: ‘...Sağ olsun İlham Əliyev’

Yanvarın 15-də Rüfət Səfərova Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülmüş, o həbs olunmuşdu. Bir həftə sonra - yanvarın 22-də isə Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatəti təmin etmişdi.

Keçmiş müstəntiq ona qarşı ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

Buna da bax:​ «YAP-a qoşulub, «ağıllansam»...»

Rüfət Səfərov hakim Yeni Azərbaycan Partiyasından keçmiş deputat, eləcə də Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.

XS
SM
MD
LG